Elanlar

Dünyaya qayğı yeniyetmələrin gözü ilə!

04 May 2022

Əziz uşaqlar!

Dünya Ətraf Mühit Gününə həsr olunmuş müsabiqəyə qoşulun və ətraf mühitin mühafizəsi barədə ictimaiyyətin məlumatlılığını artırmağa öz töhfənizi verin!

Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı və Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi (Delegation of the European Union to Azerbaijan) ilə birgə təşkil etdiyimiz ‘#OnlyOneEarth’ foto müsabiqəsində Azərbaycanda yaşayan 12-17 yaşlı bütün uşaqlar iştirak edə bilərlər.

Necə müraciət etmək olar: 2022-ci il mayın 16-na qədər bu anketi doldurun: https://forms.gle/PP8pFdnBrfAeBwrY9

Hər iştirakçıdan yalnız bir foto qəbul olunacaq. İnternetdən götürülmüş fotolar münsiflər heyətinin üzvləri tərəfindən qəbul OLUNMAYACAQ.

Bütün fotoşəkillər bu məqsədlə yaradılmış Seçki Komitəsi tərəfindən nəzərdən keçiriləcək.

Qaliblər orijinallıq, texniki bacarıq və ətraf mühitin mühafizəsinə aid şəxsi yanaşma əsasında seçiləcək.

İlk 3 yeri tutan fotoların müəllifləri kitab mağazasından 100, 70 və 50 manatlıq hədiyyə kartları və sertifikatlar alacaqlar. Daha 5 gənc iştirakçı xüsusi qeyd olunacaq və rəmzi hədiyyələr alacaqlar.

Müsabiqə nəticələri Dünya Ətraf Mühit gününə həsr olunmuş rəsmi tədbirdə açıqlanacaq.

Bu müsabiqə Avropa İttifaqının maliyyələşdirdiyi və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən həyata keçirilən “EU4Climate” layihəsi çərçivəsində təşkil olunur.