Elanlar

Biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması, milli iqtisadiyyatın rəqabət qabiliyyətliyinin artırılması istiqamətində təklifləri azranking.az saytında qeyd edə bilərsiniz

29 Oktyabr 2021

Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması üçün qanunvericiliyin və inzibatçılığın təkmilləşdirilməsi və bu istiqamətdə digər zəruri tədbirlərin əlaqələndirilməsi məqsədilə, Azərbaycan Respublikası Prezidentinin 13 iyul 2016-cı il tarixli 2199 nömrəli Sərəncamı ilə Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya yaradılmışdır. 
 
Komissiyanın tərkibində müvafiq istiqamətlər üzrə işçi qruplar yaradılmış, işçi qrupların fəaliyyətinin təşkili məqsədilə Komissiyanın sədri tərəfindən 2018-ci il 23 oktyabr tarixində “Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın işçi qruplarının fəaliyyətinin təşkili Qaydası” təsdiq edilmişdir.
 
Azərbaycan Respublikasında biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması, milli iqtisadiyyatın rəqabət qabiliyyətliyinin artırılması istiqamətində vətəndaşlar tərəfindən təkliflərin Komissiyanın internet saytı (https://azranking.az/) vasitəsilə Komissiyaya bildirilməsini xahiş edirik. Təqdim olunan bütün təkliflər qeydə alınaraq Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın müvafiq işçi qruplarında müzakirə olunaraq nəticəsi barədə sizə məlumat göndəriləcəkdir.