Elanlar

Xəzər dənizinin ətraf mühitinin mühafizəsi mövzusunda yaradıcı müsabiqə davam edir.

18 Oktyabr 2021

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı və BMT-nin Ətraf Mühit Proqramının (UNEP) dəstəyi ilə Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsində təbliğatın gücləndirilməsi məqsədilə “Xəzəri birgə qoruyaq” adlı videoçarx müsabiqəsinə start verilib.

Müsabiqənin mövzuları:
dənizə çirkab suların axıdılmasının qarşısının alınması
sahil ərazilərində tullantıların düzgün idarə olunması
qanunsuz balıq ovu ilə mübarizə

Tələblər:
- İştirakçı 18 yaşdan yuxarı olmalıdır;
- Videoçarxda görüntülər aydın və keyfiyyətli çəkilməli, nitq səlis və ifadəli, jest, mimika, səs tonu aydın olmalıdır;
- Videoçarxın müddəti 3 dəqiqədən artıq olmamalıdır;
- Müsabiqəyə qoşulan iştirakçı yalnız bir videoçarx təqdim edə bilər;
- Hazırlanmış material şəxsin sosial şəbəkə səhifəsində paylaşılmalı, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sosial şəbəkələrdəki səhifələri "tag” edilməli və müəllif tərəfindən izlənilməlidir. Paylaşım edilərkən #Xəzərgünü #Xəzəribirgəqoruyaq #xəzərmüsabiqə həştəqlərindən istifadə olunmalıdır. Qiymətləndirmədə videoya baxış sayı da nəzərə alınacaq;
- Müsabiqə üçün hazırlanmış materiallar 31 oktyabr 2021-ci il tarixinədək public@eco.gov.az email ünvanına göndərilməlidir. Email-də müəllifin adı, soyadı, atasının adı, əlaqə vasitəsi qeyd olunmalıdır.

Təqdim olunan işlər aşağıdakı kriteriyalara əsasən seçiləcək:
Videoçarxın texniki tələb və tövsiyələrə cavab verməsi;
Mövzulara uyğun problemin və onun həlli yollarının yaradıcı şəkildə təqdim olunması;
Çağırışların sadə, konkret, orijinal olması.

Mükafatlandırma:
1-ci yer - 1500 AZN
2-ci yer – 1000 AZN
3-cü yer – 800 AZN

Müsabiqə ilə bağlı sual yarandığı halda (012) 538-15-21 telefon nömrəsi ilə əlaqə saxlanıla bilər.