Elanlar

Xəzər dənizinin ətraf mühitinin mühafizəsi mövzusunda yaradıcı müsabiqəyə start verilir.

19 Avqust 2021

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı və BMT-nin Ətraf Mühit Proqramının (UNEP) dəstəyi ilə Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsində təbliğatın gücləndirilməsi məqsədilə “Xəzəri birgə qoruyaq” adlı videoçarx müsabiqəsinə start verilir. 
 
Müsabiqənin mövzuları:
- dənizə çirkab suların axıdılmasın qarşısının alınması;
- sahil ərazilərində tullantıların düzgün idarə olunması;
- qanunsuz balıq ovu ilə mübarizə
 
Tələblər:
- İştirakçı 18 yaşdan yuxarı olmalıdır;
- Videoçarxda görüntülər aydın və keyfiyyətli çəkilməli, nitq səlis və ifadəli, jest, mimika, səs tonu aydın olmalıdır;
- Videoçarxın müddəti 3 dəqiqədən artıq olmamalıdır; 
- Müsabiqəyə qoşulan iştirakçı yalnız bir videoçarx təqdim edə bilər;
- Hazırlanmış material şəxsin sosial şəbəkə səhifəsində paylaşılmalı, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sosial şəbəkələrdəki səhifələri "tag” edilməli və müəllif tərəfindən izlənilməlidir. Paylaşım edilərkən #Xəzərgünü #Xəzəribirgəqoruyaq #xəzərmüsabiqə həştəqlərindən istifadə olunmalıdır. Qiymətləndirmədə videoya baxış sayı da nəzərə alınacaq;
- Müsabiqə üçün hazırlanmış materiallar 20 sentyabr 2021-ci il tarixinədək public@eco.gov.az email ünvanına göndərilməlidir. Email-də müəllifin adı, soyadı, atasının adı, əlaqə vasitəsi qeyd olunmalıdır.
 
Təqdim olunan işlər aşağıdakı kriteriyalara əsasən seçiləcək:
- Videoçarxın texniki tələb və tövsiyələrə cavab verməsi;
- Mövzulara uyğun problemin və onun həlli yollarının yaradıcı şəkildə təqdim olunması;
- Çağırışların sadə, konkret, orijinal olması.
 
Mükafatlandırma:
1-ci yer - 1500 AZN 
2-ci yer – 1000 AZN
3-cü yer – 800 AZN
 
❓Müsabiqə ilə bağlı sual yarandığı halda (012) 538-15-21 telefon nömrəsi ilə əlaqə saxlanıla bilər.