“Gənclərin Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin ekoloji qiymətləndirilməsində iştirakı” adlı layihəyə start verilir
01 Aprel 2021
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə “Gənclərin Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin ekoloji qiymətləndirilməsində iştirakı” adlı layihəyə start verilir. Ölkə miqyasında nəzərdə tutulan fəaliyyət proqramı üzrə Ermənistanın 30 illik işğalı nəticəsində təbiətimizə vurulan ziyan araşdırılacaq, ərazilərin bərpası üçün beynəlxalq təcrübə öyrəniləcək və ekoloji ziyanın miqyasının ölçülməsi üçün metodologiya və qaydalar hazırlanacaqdır.
IDEA, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Gənclər Fondu / Azerbaijan Youth Foundation tərəfindən həyata keçirilən bu layihə nəticəsində, gənclərin iştirakı ilə işğaldan azad olunmuş ərazilərin ekoloji durumunun qiymətləndirilməsi aparılacaqdır.
Bu unikal imkandan yararlanmaq üçün ətraf mühit sahəsində təhsil və təcrübəsi olan gənclər IDEA İctimai Birliyinə müraciət edə bilərlər. Gənc ekoloqlar aşağıdakı keçidə daxil olmaqla 20 aprel 2021-ci il tarixinədək özləri barədə lazımi məlumatları təqdim edə bilərlər:
Müraciətlər əsasında seçilmiş namizədlər daha sonra müsahibədən keçdikləri təqdirdə layihədə iştirak imkanı qazanacaqlar.