Elanlar

Sorğu

22 Yanvar 2021

Ekologiya və Təbii Sərvətlər Nazirliyi BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin dəstəyi ilə “Kənd təsərrüfatı, torpaqlardan istifadə və meşəçilik sektorlarında Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələrin yerinə yetirilməsi ilə əlaqədar ölkə potensialının artırılması və Azərbaycanda müxtəlif sektorlardan Yaşıl İqlim Fondunun maliyyəsinə birbaşa çıxışı olan potensial milli qurumların müəyyən edilməsinə yardım” layihəsi çərçivəsində ölkənin Kənd Təsərrüfatı və TİTİDM sektorlarında maliyyə, texnologiya ehtiyaclarının öyrənilməsi, əsas çətinliklər, özəl sektorun cəlb edilməsi yollarının müəyyənləşdirilməsi üzrə fəaliyyətə başlanılıb.

Mövcud vəziyyətin təhlili üzrə icra edilən bu proses müvafiq maraqlı tərəflərlə məsləhətləşmələri və aidiyyəti dövlət qurumları ilə müsahibələri əhatə edəcəkdir. Bununla bağlı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının ölkə ofisi Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə Kənd Təsərrüfatı və TİTİDM sektorlarında investisiya ehtiyaclarının qiymətləndirilməsi üçün maraqlı tərəflərdən ilkin məlumatların toplanılması məqsədi ilə müvafiq sorğu həyata keçirir.

Sorgu, əsasən ölkədə iqlim dəyişmələrinə təsirlərin azaldılması və ya ona uyğunlaşma üzrə maliyyə və potensialın gücləndirilməsi üzrə ehtiyacların qiymətləndirilməsinə hədəflənmişdir. Sorğudan əldə edilən ilkin nəticələr nəzərə alınaraq, əlavə məlumatların əldə edilməsi üçün müvafiq maraqlı tərəflərlə müsahibələr keçiriləcəkdir.

Əlavə məlumat üçün aşağıdakı nümayəndələrlə əlaqə saxlamağınız xahiş olunur:

Beynəlxalq əməkdaşlıq şöbəsinin sektor müdiri - Yaşar Kərimov, tel: (055) 4553544, email: yashar.karimov@eco.gov.az

Layihə koordinatoru - Leyla Əliyeva, tel: (050) 5345777, e-mail: leyla.aliyeva@fao.org