“Xəzərimizi birgə qoruyaq” adlı poster müsabiqəsinə start verilir
19 Avqust 2020
Xəzər dənizinin ekoloji problemləri və onların həlli yollarına diqqətin artırılması, Xəzəri qorumaqda yaradıcı və istedadlı insanların öz baxışını ictimaiyyətə çatdırmaq məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi BMT-nin Ətraf Mühit Proqramı (UNEP) ilə birgə “Xəzərimizi birgə qoruyaq” adlı poster müsabiqəsi elan edir.
İstər peşəkar, istər həvəskar rəssam və dizaynerlərin qatılacağı müsabiqəyə təqdim olunacaq işlər Xəzər dənizinin təbii mühitinə, problemlərinə və onların həlli yollarına həsr olunmalıdır. Tələblərə uyğun seçilmiş posterlər Nazirlik və UNEP-in sosial şəbəkə səhifələrində nümayiş olunacaq.
Müsabiqədə iştirak etmək üçün şərtlər:
✅ İştirakçı 18 yaşdan yuxarı olmalıdır;
✅ Posterlər 18 sentyabr 2020-ci il tarixinədək onlayn link (One drive, Wetransfer, Google Drive və s.) vasitəsilə info@eco.gov.az email ünvanına göndərilməlidir;
✅ Təqdim olunan işlərin faylları ilə yanaşı, email ünvanında hər əsər müəllifinin tam adı, həmçinin əsərin adı qeyd olunmalıdır.
✅ Bütün posterlər yüksək icazəli rəqəmsal fayllar şəklində, çapın keyfiyyəti isə şaquli və ya horizontal vəziyyətlərdə olmalıdır;
✅ Poster üçün fayllar pdf və jpeg formatda və icazəsi 300 dpi olmalıdır. 101x71 sm ölçüdə olmalı, kənarlardan 1 sm olmaqla heç bir element yerləşdirilməməlidir, çap zamanı kənarların kəsilmə ehtimalı ola bilər;
✅ Hər namizəd 10-a qədər ayrı-ayrı iş təqdim edə bilər. Lakin hər namizədin yalnız bir işi qalib gələ bilər.
Təqdim olunan işlər aşağıdakı kriteriyalara əsasən seçiləcək:
✅ Xəzərin təbii sərvətlərinin, onun ekoloji problemləri, həlli və davamlı inkişafın əldə olunması yollarının yaradıcı şəkildə təqdim olunması;
✅ Posterlər üzərində çağırışların sadə və konkret olması;
✅ İşlərin kreativ və orijinal olması;
✅ Texniki tələb və tövsiyələrə cavab verməsi.
Mükafatlandırma:
1-ci yer - 600 AZN
2-ci yer – 400 AZN
3-cü yer –200 AZN
Əlaqə nömrəsi (012) 538-15-21