Elanlar

“Plastiksiz sahillər”adlı komikslər müsabiqəsinə start verilir

19 Avqust 2020

Xəzər dənizinin ekoloji problemləri və onların həlli yollarına diqqətin artırılması, Xəzəri qorumaqda yaradıcı və istedadlı insanların öz baxışını ictimaiyyətə çatdırmaq məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi BMT-nin Ətraf Mühit Proqramı (UNEP) ilə birgə “Plastiksiz sahillər” adlı komikslər müsabiqəsi elan edir.
İstər peşəkar, istər həvəskar rəssamlar, komiks rəssamları və dizaynerlərin qatılacağı müsabiqəyə təqdim olunacaq işlər Xəzər dənizinin və sahil ərazilərinin plastik tullantılarla çirklənməsi məsələləri və onların həlli yollarına həsr olunmalıdır.
 
Müsabiqədə iştirak etmək üçün şərtlərimiz aşağıdakı kimidir:
 
✅ İştirakçı 18 yaşdan yuxarı olmalıdır;
✅ İşlər 18 sentyabr 2020-ci il tarixinədək onlayn link (One drive, Wetransfer, Google Drive və s.) vasitəsilə info@eco.gov.az email ünvanına göndərilməlidir;
✅ Təqdim olunan işlərin faylları ilə yanaşı, email ünvanında hər əsər müəllifinin tam adı, həmçinin əsərin adı qeyd olunmalıdır.
✅ Bütün işlər yüksək icazəli rəqəmsal fayllar şəklində, çapın keyfiyyəti isə şaquli və ya horizontal vəziyyətlərdə olmalıdır;
✅ Komikslər üçün fayllar pdf və jpeg formatda və icazəsi 300 dpi olmalıdır. 101x71 sm ölçüdə olmalı, kənarlardan 1 sm olmaqla heç bir element yerləşdirilməməlidir, çünki çap zamanı kənarların kəsilmə ehtimalı ola bilər;
✅ Hər namizəd 10-a qədər ayrı-ayrı iş təqdim edə bilər; lakin hər namizədin yalnız bir işi qalib gələ bilər.
✅ Komiks çərçivə və panellərinin sayında və ya 101x71 sm ölçülü illyustrasiyalarda əks olunma üsullarında məhdudiyyətlər yoxdur.
 
Təqdim olunan işlər aşağıdakı kriteriyalara əsasən seçiləcək:
 
✅ Xəzərin ekoloji problemləri və həlli yollarının yaradıcı şəkildə təqdim olunması;
✅ İşlərin kreativ və orijinal olması;
✅ Texniki tələb və tövsiyələrə cavab verməsi.
 
Mükafatlandırma:
1-ci yer - 1000 AZN
2-ci yer – 600 AZN 
3-cü yer – 300 AZN