Elanlar

Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi aşağıdakı vəzifələrin tutulması üçün daxili müsahibə ELAN EDİR:

16 Yanvar 2020

  • Ətraf mühitin və təbii sərvətlərin tənzimlənməsi şöbəsi, şöbə müdiri
  • İnsan resurslarının idarə edilməsi şöbəsi, şöbə müdiri
  • İnsan resurslarının idarə edilməsi şöbəsi, Elektron xidmətlər və informasiya texnologiyaları sektoru, aparıcı məsləhətçi
  • İnsan resurslarının idarə edilməsi şöbəsi, Dövlət qulluğu və kadr işinin təşkili sektoru, məsləhətçi
  • Beynəlxalq əməkdaşlıq şöbəsi, Beynəlxalq müqavilələr və konvensiyalarla iş sektoru, məsləhətçi
  • Hüquq məsələləri şöbəsi, Hüquqpozmaların araşdırılması sektoru, baş məsləhətçi
  • Ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsi, İctimai təşkilatlarla iş və ekoloji maarifləndirmə sektoru, sektor müdiri
  • Texniki təminat və təsərrüfat işlərinin təşkili şöbəsi, Təmir-tikinti sektoru, aparıcı məsləhətçi
  • 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi, Ətraf mühitin monitorinqi və ekoloji maarifləndirmə sektoru, sektor müdiri
  • 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi, Ətraf mühitdən istifadənin tənzimlənməsi və tullantıların idarə edilməsinin təhlili sektoru, sektor müdiri
  • 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi, rəis
  • 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi, Ətraf mühitdən istifadənin tənzimlənməsi və tullantıların idarə edilməsinin təhlili sektoru, sektor müdiri
  • 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi, rəis müavini
Müsahibədə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyində inzibati vəzifədə qulluq keçən və müvafiq ixtisas dərəcəsinə malik olan dövlət qulluqçuları iştirak edə bilər.
Müsahibədə iştirak etmək üçün aşağıdakı sənədlər təqdim edilməlidir:
-  ərizə;
-  şəxsiyyət vəsiqəsinin surəti;
-  əmək kitabçasının surəti;
- ali təhsil haqqında diplomun surəti (xarici dövlətlərin ali təhsil müəssisələrində təhsil almış şəxslərin ali təhsil haqqında sənədinin və həmin sənədin qanunvericiliyə uyğun olaraq təsdiq edilməsi haqqında müvafiq şəhadətnamənin surəti ilə birlikdə) və ya müvafiq ixtisas üzrə yenidənhazırlanma keçmə haqqında müvafiq sənədin surəti (ali təhsil haqqında diplomun surəti ilə birlikdə)
- kadr uçotunun şəxsi vərəqəsinin surəti (bütün bölmələr üzrə məlumatlar tam olmalı və hazırki dövrü əks etdirməlidir).
Müsahibədə iştirak etmək üçün ərizələrin qəbulu 17 yanvar 2020-ci il tarixdən 31 yanvar 2020-ci il tarixdə saat 1800-dək aparılacaq. Ərizələr şəxsən (bazar ertəsi – cümə günləri saat 0900-dan 1300-dək və 1400-dan 1800-dək), yaxud poçt vasitəsi ilə təqdim edilə bilər.
Müsahibə zamanı müsahibədə iştirak edən dövlət qulluqçusunun bilik səviyyəsi, peşə hazırlığı, ümumi dünyagörüşü, barəsində müsahibə elan edilən vəzifə üçün zəruri olan şəxsi keyfiyyətləri yoxlanılmaqla müvafiq vəzifəyə uyğunluğu müəyyən edilir. Müsahibədə ixtisas dərəcəsi, müvafiq vəzifənin tələblərinə uyğun olaraq təkrar hazırlıq keçirilməsi və ixtisasın artırılması da nəzərə alınır.
Müsahibədə barəsində müsahibə elan edilən vəzifənin təsnifatından ən çoxu iki təsnifat aşağı inzibati vəzifələrdə qulluq keçən dövlət qulluqçuları iştirak edə bilərlər.
"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 29.5-ci maddəsinin ikinci hissəsinə əsasən barələrində intizam tənbehi tətbiq edilmiş dövlət qulluqçuları bir il ərzində müsahibəyə buraxılmırlar.
Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir.
Müsahibəyə dair ətraflı məlumat almaq üçün Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İnsan resurslarının idarə edilməsi şöbəsinə müraciət edilə bilər.

Telefon: 012 538 84 89