Saytın Xəritəsi

"Xəzər haqqında mənim hekayəm” mövzusunda inşa müsabiqəsinin keçirilməsi barədə

“Xəzər haqqında mənim hekayəm” mövzusunda inşa müsabiqəsinin keçirilməsi  barədə

 

ELAN

Xəzər regionunda ətraf mühit problemlərinə diqqətin artırılması məqsədilə Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyasının quvvəyə mindiyi 12 avqust tarixi Xəzəryanı ölkələr tərəfindən Xəzər günü kimi qeyd edilir. 

“Xəzər günü”nün ölkəmizdə də qeyd edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi  tərəfindən Xəzər dənizinin problemlərinə və mühafizəsinə dair ictimaiyyətin məlumatlılığını artırmaq məqsədilə bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulmuşdur.

Həyata keçiriləcək tədbirlər sırasında məktəblilər və tələbələr arasında “Xəzər haqqında mənim hekayəm” mövzusunda inşa müsabiqəsinin keçirilməsi və qaliblərin müvafiq yerlərə uyğun olaraq pul mükafatı ilə təltif olunması planlaşdırılır.

 

Məqaləyə aid tələblər:

  1. Məqalə 500 sözdən ibarət olmalıdır;
  2. Məqalə azərbaycan, rus və ingilis dilində yazıla bilər.
  3. Əsas mövzu Xəzər dənizinin ətraf mühiti barədə olmalıdır.
  4. Məqalə göndərilərkən əlaqə vasitələri göstərilməlidir.
  5. Məqalələr 2017-ci il 10 iyul – 04 avqust  tarixləri arasında, rəsmi iş günləri saat 10:00-dan 17:00-dək Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (Müsabiqə Komissiyasına) təqdim edilməli (Bakı şəhəri, B.Ağayev küçəsi 100 A, tel: 012 598 39 07) və ya   info@eco.gov.az  elektron unvanına göndərilə bilər.