Faydalı Bölmələr

Sürüşmə sahəsində monitorinq və müşahidələr aparılır (Yenilənir)

Sürüşmə sahəsində monitorinq və müşahidələr aparılır (Yenilənir)

30 oktyabr 2018

Saat 10:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan  Qərargahdan verilən məlumata görə sürüşmə zonasında  30 oktyabr 2018-ci il tarixində saat 10:00-a olan monitorinqlərin nəticəsinə əsasən ərazidə gərginlik qalmaqdadır.

Sürüşmənin yuxarı hissəsində asılı halda olan süxur kütləsinin qopması qeydə alınıb.

Sürüşmə müstəvisində olan çatların ölçüsündə nisbi artım müşahidə olunub. Yuxarı hissədə yerləşən fərdi yaşayış evlərinin hasarlarında quraşdırılmış mayaklarda dəyişiklik qeydə alınmayıb.

_________________________________________________________

 

29 oktyabr 2018

Saat 10:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan  Qərargahdan verilən məlumata görə sürüşmə zonasında saat 10:00-a olan monitorinqlərin nəticəsinə əsasən ərazidə gərginlik qalmaqdadır. Sürüşmənin yuxarı hissəsində asılı halda olan süxur kütləsinin qopması və süxur qırıntılarının yamac boyu yerdəyişməsi qeydə alınıb. Sürüşmə müstəvisində olan çatların ölçüsündə nisbi artım müşahidə olunub. Sürüşmənin yuxarı hissəsində yerləşən fərdi yaşayış evlərinin hasarlarında quraşdırılmış mayaklarda dəyişiklik qeydə alınmayıb.

_________________________________________________________

 

27 oktyabr 2018

Saat 10:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan  Qərargahdan verilən məlumata görə sürüşmə zonasında saat 10:00-a olan monitorinqlərin nəticəsinə əsasən ərazidə gərginlik qalmaqdadır. Sürüşmə sahəsinin bir hissəsində avtomobil yoluna doğru torpaq kütləsində artım qeydə alınıb.Düşən yağıntılar nəticəsində kiçik hissədə torpaq axıntısı müşahidə olunub.  Sürüşmənin yuxarı hissəsində yerləşən fərdi yaşayış evlərinin hasarlarında quraşdırılmış mayaklarda dəyişiklik  olmayıb.

_________________________________________________________

26 oktyabr 2018
Saat 10:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan  Qərargahdan verilən məlumata görə sürüşmə zonasında saat 10:00-a olan monitorinqlərin nəticəsinə əsasən ərazidə gərginlik qalmaqdadır. Sürüşmə sahəsindəki süxur kütlələrinin yerdəyişməsi qeydə alınıb. Sürüşmənin yuxarı hissəsində yerləşən fərdi yaşayış evlərinin hasarlarında quraşdırılmış mayaklarda dəyişiklik müşahidə olunmayıb.

_________________________________________________________

25 oktyabr 2018
Saat 10:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan  Qərargahdan verilən məlumata görə sürüşmə zonasında saat 10:00-a olan monitorinqlərin nəticəsinə əsasən ərazidə gərginlik qalmaqdadır. Sürüşmənin yuxarı hissəsində uçqun, töküntü prosesləri davam edir. Sağ və sol hissədə olan çatlarda nisbi genişlənmə qeydə alınıb. Sürüşmənin yuxarı hissəsində yerləşən yaşayış evlərinin hasarlarında quraşdırılmış mayaklarda dəyişiklik müşahidə olunmayıb.

_________________________________________________________
 
24 oktyabr 2018
Saat 10:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargahdan verilən məlumata görə sürüşmə zonasında saat 10:00-a olan monitorinqlərin nəticəsinə əsasən ərazidə gərginlik qalmaqdadır. Sürüşmənin yuxarı hissəsində xırda uçqun prosesləri davam edir. Sürüşmə sağ və sol hissəsində olan çatlarda nisbi artım qeydə alınıb. Sürüşmənin yuxarı hissəsində yerləşən fərdi yaşayış evlərinin hasarlarında quraşdırılmış mayaklarda dəyişiklik müşahidə olunmayıb.
 
_________________________________________________________
 
23 oktyabr 2018
Saat 10:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan  Qərargahdan verilən məlumata görə sürüşmə zonasında saat 10:00-a olan monitorinqlərin nəticəsinə əsasən ərazidə nisbi gərginlik qalmaqdadır. Sürüşmə sahəsi üzərində xırda uçqun prosesləri davam edir. Sürüşmə sağ və sol hissəsində qeydə alınan çatların parametrlərində nisbi artım qeydə alınıb. Sürüşmənin yuxarı hissəsində yerləşən fərdi yaşayış evlərinin hasarlarında quraşdırılmış mayaklarda dəyişiklik müşahidə olunmayıb. 
_________________________________________________________
 
22 oktyabr 2018
Saat 09:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan  Qərargahdan verilən məlumata görə sürüşmə zonasında saat 09:00-a olan monitorinqlərin nəticəsinə əsasən sürüşmə kütləsinin  üzərində çoxlu sayda yeni çatlar müşahidə edilir. Sürüşmə sahəsinin yuxarı hissəsində süxur qopmaları davam edir.  Sürüşmə zonasında əsaslı dəyişiklik qeydə alınmayıb.
 
_________________________________________________________

 

21 oktyabr 2018
Saat 18:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan  Qərargahdan verilən məlumata görə sürüşmə zonasında saat 18:00-a olan monitorinqlərin nəticəsinə əsasən ərazidə gərginlik qalmaqdadır. Sürüşmənin yuxarı hissəsində kəsilmiş yamacda  uçqun-töküntu prosesi və quruntun lokal sahədə yerdəyişməsi müşahidə edilir.  Sürüşmənin sol hissəsində toplanmış qrunt kütləsində yeni çatlar qeydə alınıb.

 

_________________________________________________________
 
21 oktyabr 2018
Saat 15:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan  Qərargahdan verilən məlumata görə sürüşmə zonasında saat 15:00-a olan monitorinqlərin nəticəsinə əsasən ərazidə gərginlik qalmaqdadır.   Sürüşmənin yuxarı hissəsində kəsilmiş yamacda  uçqun-töküntu prosesi və quruntun yerdəyişməsi müşahidə edilir.  Sürüşmənin sağ və sol hissəsindəki mövcud çatlarda səhər saatları ilə müqayisədə genişlənmə qeydə alınıb.
 
_________________________________________________________

 

21 oktyabr 2018
Saat 12:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan  Qərargahdan verilən məlumata görə sürüşmə zonasında saat 12:00-a olan monitorinqlərin nəticəsinə əsasən ərazidə gərginlik qalmaqdadır.   Sürüşmənin qaş hissəsində kəsilmiş yamacda asılı vəziyyətdə qalan süxur kütləsinin yamac boyu hərəkəti müşahidə edilir.  Sürüşmənin qaş hissəsində kəsilmiş yamacda yeraltı suların əlamətləri qeydə alınıb. Bu da sürüşmənin aktivliyinin göstəricisidir. Sürüşmənin sağ və sol hissəsindəki mövcud çatlarda qismən genişlənmə  müsahidə edilib. Sürüşmənin təsir dairəsində divarlarda quraşdırılmış  mayaklarda dinamik dəyisiklik qeydə alınmayıb.
 
 
_________________________________________________________
 
21 oktyabr 2018
Saat 09:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan  Qərargahdan verilən məlumata görə sürüşmə zonasında saat 9:00-a olan monitorinqlərin nəticəsinə əsasən ərazidə gərginlik qalmaqdadır.   Sürüşmə zonasının sağ və sol hissəsindəki çatlarda genişlənmə  müşahidə edilib.
 
_________________________________________________________
 
20 oktyabr 2018
Saat 21:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan  Qərargahdan verilən məlumata görə sürüşmə zonasında saat 21:00-a olan monitorinqlərin nəticəsinə əsasən ərazidə nisbi gərginlik qalmaqdadır.
Sürüşmə kütləsi üzərində ara-sıra kütlə üzərində asılı süxur qırıntıları yamac boyu aşağıya doğru hərəkət edir. Sürüşmənin yuxarı hissəsində yerləşən fərdi yaşayış evlərinin hasarlarında quraşdırılmış mayaklarda isə dəyişiklik baş verməyib.
 

_________________________________________________________

 
20 oktyabr 2018
Saat 18:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan  Qərargahdan verilən məlumata görə sürüşmə zonasında saat 18:00-a olan monitorinqlərin nəticəsinə əsasən ərazidə aktivlik davam etməkdədir.
Sürüşmə kütləsi üzərində kütlənin xırda hissəciklərinin uçqun tipli hərəkəti qeydə alınıb və sürüşmənin üst hissəsində uçqunlar baş verib. Sürüşmənin sol qanadında əmələ gəlmiş çatların ölçüləri genişlənib. Sürüşmənin yuxarı hissəsində yerləşən fərdi yaşayış evlərinin hasarlarında quraşdırılmış mayaklarda isə dəyişiklik baş verməyib.
 

_________________________________________________________

20 oktyabr 2018
Saat 15:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan  Qərargahdan verilən məlumata görə sürüşmə zonasında saat 15:00-a olan monitorinqlərin nəticəsinə əsasən ərazidə gərginlik qalmaqdadır.
Sürüşmə kütləsi üzərində kütlənin xırda hissəciklərinin uçqun tipli hərəkəti və kiçik tipli axmalar qeydə alınıb. Sürüşmənin yuxarı hissəsində yerləşən fərdi yaşayış evlərinin hasarlarında quraşdırılmış mayaklarda dəyişiklik baş verməyib.
Sürüşmənin sağ və sol hissəsindəki çatlarda dəyişiklik qeydə alınmayıb.

_________________________________________________________

20 oktyabr 2018
Saat 12:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan  Qərargahdan verilən məlumata görə sürüşmə zonasında saat 12:00-a olan monitorinqlərin nəticəsinə əsasən ərazidə gərginlik qalmaqdadır. Sürüşmə kütləsi üzərində kiçik tipli uçqunlar və süxur kütlələrinin yamac boyu axıntıları müşahidə edilib.

Sürüşmənin sağ və sol hissəsində yeni yaranmış çatların ölçülərində artım qeydə alınmayıb. Sürüşmənin yuxarı hissəsində yerləşən fərdi yaşayış evlərinin hasarlarında quraşdırılmış mayaklarda dəyişiklik müşahidə olunmayıb.

_________________________________________________________

20 oktyabr 2018
Saat 09:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargahdan verilən məlumata görə sürüşmə zonasında saat 9:00-a olan monitorinqlərin nəticəsinə əsasən sahədəki çatlarda artım qeydə alınıb. Sürüşmə zonasının sağ və sol hissəsində isə yeni çatlar müşahidə edilib.

_________________________________________________________

 
19 oktyabr 2018
Saat 21:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargahdan verilən məlumata görə sürüşmə zonasında saat 9:00-a olan monitorinqlərin nəticəsinə əsasən sahədəki çatlarda artım qeydə alınıb. Sürüşmə zonasının sağ və sol hissəsində isə yeni çatlar müsahidə edilib.

__________________________________________________________

19 oktyabr 2018

Saat 18:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan  Qərargahdan verilən məlumata görə sürüşmə zonasında saat 18:00-a olan monitorinqlərin nəticəsinə əsasən gərginlik qalmaqdadır. Sürüşmə sahəsi üzərində xırda uçqunlar qeydə alınıb. Sürüşmə sahəsinin sağ və sol hissəsində olan çatlarda nisbi aktivlik qeydə alınıb. Sürüşmənin yuxarı hissəsində yerləşən fərdi yaşayış evlərinin hasarlarında quraşdırılmış mayaklarda dəyişiklik müşahidə olunmayıb.
___________________________________________________________
 
19 oktyabr 2018
Saat 15:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan  Qərargahdan verilən məlumata görə sürüşmə zonasında saat 15:00-a olan monitorinqlərin nəticəsinə əsasən sürüşmə kütləsindən axıb gəlmiş quruntun yerdəyişməsi müşahidə olunur. Yuxarı qatda, istinad divarlarında nisbi dəyişiklik olsa da, ümumi prosesdə aktivlik qeydə alınmayıb. 
____________________________________________________________
 
19 oktyabr 2018
Saat 12:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargahdan verilən məlumata görə sürüşmə zonasında saat 12:00-a olan monitorinqlərin nəticəsinə əsasən sürüşmə sahəsinin üst hissəsində torpaq süxurlarının və xırda qaya parçalarının hərəkəti müşahidə edilib. Sonrakı saatlarda bu prosesin davam edəcəyi gözlənilir. Sürüşmənin sağ və sol hissəsində yeni yaranmış çatların ölçülərində nisbi artım qeydə alınıb.

_____________________________________________________________
 
19 oktyabr 2018
Saat 09:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargahdan verilən məlumata görə sürüşmə zonasında saat 09-00-a olan monitorinqlərin nəticəsinə əsasən ərazidə ciddi dəyişiklik qeydə alınmayıb. Yuxarı evlərin divarlarına qoyulmuş mayaklarda dəyişiklik yoxdur. Vəziyyət stabilləşməyə doğru gedir.

_____________________________________________________________
 
18 oktyabr 2018
Saat 21:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan  Qərargahdan verilən məlumata görə Badamdar sürüşmə ərazisində saat 21:00-a olan monitorinqin nəticəsinə əsasən aktivlik dinamikası dəyişməz olaraq qalıb. Sürüşmə kütləsi üzərindəki xırda süxurların yola doğru hərəkəti müşahidə edilib. İndiki saata nəzərəçarpacaq dəyişiklik qeydə alınmayıb.
 
_____________________________________________________________
 
18 oktyabr 2018
Saat 18:00
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargahdan verilən məlumata görə Badamdar sürüşmə ərazisində isə saat 18:00-a olan monitorinqin nəticəsinə əsasən gərginlik qalmaqdadır. Sürüşmənin sol hissəsində müxtəlif istiqamətli yeni çatlar əmələ gəlib. Sürüşmənin yuxarı hissəsində yerləşən fərdi yaşayış evinin uçmuş hasarlarında uçqun və töküntü prosesləri qeydə alınıb, sağ hissənin isə asılı vəziyyətdə qaldığı müşahidə olunub. Sürüşmənin digər hissəsində yerləşən fərdi yaşayış evinin divarlarında quraşdırılmış mayaklarda heç bir dəyişiklik qeydə alınmayıb.
_____________________________________________________________
 
18 oktyabr 2018
Saat 15:00
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargahdan verilən məlumata görə sürüşmə zonasında saat 15:00-a olan monitorinqlərin nəticəsinə əsasən ərazidə gərginlik davam edir. Sürüşmə sahəsinin yuxarı hissəsində yeni uçqun, töküntü prosesləri müşahidə olunur. Bunun nəticəsində də sürüşmə sahəsinin yuxarı hissəsi fərdi tikililərə doğru irəliləyir. Sürüşmənin sol hissəsindəki torpaq qatında yeni müxtəlif istiqamətli çatlar əmələ gəlib.
 
_____________________________________________________________
 
18 oktyabr 2018
Saat 12:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargahdan verilən məlumata görə sürüşmə zonasında saat 12:00-a olan monitorinqlərin nəticəsinə əsasən sürüşmə sahəsinin sol hissəsindəki çatlarda müəyyən artım var, istinad divarının solunda yeni qövsvari çatlar əmələ gəlib. Uçqun divarının yanındakı evin hasarında cüzi deformasiya müşahidə olunub.

_____________________________________________________________
 
18 oktyabr 2018
Saat 09:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargahdan verilən məlumata görə 

sürüşmə zonasında saat 09:00-a olan monitorinqin nəticələrinə əsasən hasar divarları idtiqamətində uçqunların artımı qeydə alınıb. Evlərin divarlarına qoyulmuş mayaklarda dəyişiklik yoxdur. Torpaq qatı yola doğru gözlə görünəcək dərəcədə irəliləyib. Ərazidə ümumi stabil gərginlik qalmaqdadir.

_____________________________________________________________
 
17 oktyabr 2018
Saat 21:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargahdan verilən məlumata görə, sürüşmə ərazisində saat 21-00-a olan monitorinq və müşahidələrin nəticələrinə əsasən sürüşmə sahəsində aktivlik davam edir.   Sürüşmə kütləsinin  torpaq qatının kənarlarında çatlar müşahidə edilir. Ara-sıra uçqunlar baş verir.
 
_____________________________________________________________
 
17 oktyabr 2018
Saat 18:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargahdan verilən məlumata görə sürüşmə zonasında saat 18:00-a olan monitorinq və müşahidələrin nəticələrinə əsasən ərazidə gərginlik davam edir. Gün ərzində yağan yağış sürüşmə sahəsində uçqun və töküntü proseslərinin dinamikasında artıma səbəb olub. Sürüşmə sahəsinin sağ və sol hissələrində çatların genişlənməsi və irəliləməsi qeydə alınıb.

_____________________________________________________________
 
17 oktyabr 2018
Saat 15:00

Monitorinqlər davam etdirilir

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargahdan verilən məlumata görə sürüşmə zonasında saat 15:00-a olan monitorinqin nəticəsinə əsasən ərazidə gərginlik qalmaqdadır. Sürüşmə sahəsində asılı vəziyyətdə qalan tikilinin altındakı torpaq qatı artıq uçqun vəziyyətindədir. Tikilinin hərəkət etmə ehtimalı var. Ərazidə müşahidə olunan xırda çatların ölçüləri nəzərəçarpacaq dərəcədə artıb.

_____________________________________________________________
 
17 oktyabr 2018
Saat 12:00
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargahdan verilən məlumata görə, sürüşmə zonasında saat 12-00-a olan monitorinqlərin nəticəsinə əsasən gecədən yağan yağış ərazidə aktivlik dinamikasını artırıb. Yağan yağış asılı qalmış torpaq qatında kütlələrin islanaraq ağırlaşması nəticəsində yamac boyu hərəkəti artırıb. Hava şəraiti ilə əlaqədar uçqunların davam edəcəyi gözlənilir
_____________________________________________________________
 
17 oktyabr 2018
Saat 09:00
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargahdan verilən məlumata görə sürüşmə zonasında saat 09-00-a olan monitorinqlərin nəticəsinə əsasən yol istiqamətinə tökülmüş torpaq qatında artım müşahidə edilib. Yağan yağış asılı qalmış torpaq qatında kütlənin ağırlaşmasına səbəb olub. Ara-sıra uçqunlar baş verir.
 
_____________________________________________________________

 

16 oktyabr 2018
Saat 21:00
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargahdan verilən məlumata görə, sürüşmə zonasında saat 21-00-a olan monitorinqlərin nəticəsinə əsasən sürüşmə sahəsində aktivlik davam edir.   Sürüşmə kütləsinin həm cənub,həm də şimal hissəsində torpaq qatının kənarlarında xırda çatlar müşahidə edilib və bu da sürüşmə kütləsinin ölçülərinin artması ilə müşayət oluna bilər.
 
_____________________________________________________________
 
16 oktyabr 2018
Saat 18:00
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargahdan verilən məlumata görə sürüşmə zonasında saat 18:00-a olan monitorinqin nəticələrinə əsasən sahədə nisbi stabil gərginlik qalmaqdadır. Divarı uçan hasarın içərisində olan tikilinin bünövrəsinin alt hissəsində torpaq qatı nəm haldadır, xırda uçqunlar və torpaq qopmaları baş verir.
_____________________________________________________________
 
16 oktyabr 2018
Saat 15:00

Monitorinqlər davam etdirilir
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargahdan verilən məlumata görə sürüşmə zonasında saat 15:00-a olan monitorinqin nəticəsinə əsasən ərazidə gərginlik qalmaqdadır. Sürüşmə sahəsi üzərində süxur qırıntılarının yola doğru hərəkəti müşahidə olunub. Ərazinin üst hissəsindəki evlərin divarlarında yeni çatlar qeydə alınıb.

______________________________________________________________
 
16 oktyabr 2018
Saat 12:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargahdan verilən məlumata görə, sürüşmə zonasında saat 12-00-a olan monitorinqlərin nəticəsinə əsasən ərazidə aktivlik dinamikası dayanmayıb. Üst hissədəki evlərin divarlarında uçqunların davam edəcəyi gözlənilir. Sürüşmənin təsir dairəsi yaşayış evlərinə tərəf artıb.
 
______________________________________________________________
 
16 oktyabr 2018
Saat 09:00
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargahdan verilən məlumata görə, sürüşmə zonasında saat 09-00-a olan monitorinqlərin nəticəsinə əsasən ərazidə aktivlik gecə boyu davam edib. Dünən dağılan hasarın qalan hissəsi gecə saatlarında  uçub. İçəridəki tikilinin alt süxurlarında boşalmalar qeydə alınıb. Hasar ətrafı ərazilərdə sürüşmənin miqyası genişlənməkdədir.
 
______________________________________________________________

 

15 oktyabr 2018
Saat 21:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargahdan verilən məlumata görə sürüşmə zonasında saat 21-00-a olan monitorinqlərin nəticəsinə əsasən  sürüşmə sahəsi üzərində asılı qalmış süxurların xırda hissələrinin yamaca doğru hərəkəti yene de müşahidə edilir. Ümumi dinamikada gərginlik qalmaqdadır.
 
 
______________________________________________________________
 
15 oktyabr 2018
Saat 18:00
 

Sürüşmə ərazisində aktivlik davam edir

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargahdan verilən məlumata görə sürüşmə zonasında saat 18:00-a olan monitorinqlərin nəticəsinə əsasən ərazidə gərginlik qalmaqdadır. Sürüşmə sahəsi üzərində asılı qalmış süxurların xırda hissələrinin yamaca doğru hərəkəti mütəmadi olaraq davam edir. Ərazinin üst hissəsindəki evlərin hasarlarının təxminən 30 metr hissəsi ucaraq sürüşmə kütləsi üzərinə tökülüb. Həmin hasarın digər hissəsində eni 30 sm olan aralanma baş verib.

______________________________________________________________
 
15 oktyabr 2018
Saat 15:00
 
Sürüşmə ərazisində monitorinqlər davam etdirilir
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargahdan verilən məlumata görə sürüşmə zonasında saat 15:00-a olan monitorinqlərin nəticəsinə əsasən ərazidə gərginlik davam edir. Sürüşmə sahəsi üzərində asılı qalmış süxurların xırda hissələrinin yamaca doğru hərəkəti müşahidə olunub. Ərazinin üst hissəsindəki evlərin hasarlarının birində eni 2, hündürlüyü 1 metr olan hissəsində uçqun töküntü prosesi qeydə alınıb.
 
_______________________________________________________________

 

15 oktyabr 2018
Saat 12:00
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargahdan verilən məlumata görə sürüş­mə zonasında saat 12­:00-a olan monitorin­qlərin nəticəsinə əs­asən ərazidə gərginl­ik davam edir. Ərazi­nin üst hissəsindəki evlərin hasarlarına qoyulmuş gips mayak­larda dəyişiklik müş­ahidə olunmayıb.
 
 
_______________________________________________________________
 
15 oktyabr 2018
Saat 09:00
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan  Qərargahdan verilən məlumata görə sürüşmə zonasında saat 09:00-a olan monitorinqin nəticələrinə əsasən sahədə nisbi stabiillik qalmaqdadir. Sürüşmə kütləsi üzərində vizual hiss olunan dəyişiklik baş verməyib. Kütləni təşkil edən pozulmuş süxurların ara-sıra yamac boyu hərəkəti qeydə alınıb. Sürüşmənin dinamikasını nəzarətdə saxlamaq üçün ərazinin üst hissəsindəki evlərin hasarlarına gips mayaklar qoyulub.
 
_______________________________________________________________
 
 
14 oktyabr 2018
Saat 21:00
 
Sürüşmə zonasından son məlumat
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan  Qərargahdan verilən məlumata görə sürüşmə zonasında saat 21:00-a olan monitoriqin nəticələrinə əsasən gərginlik qalmaqdadır. Sürüşmə kütləsi üzərində ciddi  dəyişiklik baş verməyib.Ara-sıra uçqunlar müşahidə edilir.
 
_______________________________________________________________

 

 
14 oktyabr 2018 
Saat 18:00
 
Sürüşmə zonasında gərginlik davam edir
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan  Qərargahdan verilən məlumata görə 
sürüşmə zonasında saat 18:00-a olan məlumata görə gərginlik davam edir. Sürüşmə kütləsi üzərində qismən  dəyişiklik baş verib. Sürüşmə kütləsi üzərində asılı vəziyyət də olan torpaq kütlələrində xırda uçqunlar  baş verir.
 

________________________________________________________________

 

14 oktyabr 2018 
Saat 15:00
 

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargahdan verilən məlumata görə sürüşmə zonasında müşahidələr davam etdirilib. Saat 15:00 -a olan məlumata əsasən sürüşmə ocağında aktivlik qalmaqdadır. Lakin sürüşmə kütləsində ciddi dəyişiklik baş verməyib. Hazırda sürüşmə kütləsini təşkil edən süxur qırıntılarının yola hərəkəti müşahidə olunur. Eyni zamanda srüşmənin üst hissəsindəki fərdi tikililərin hasarlarında sürüşməyə tərəf hissədə çatlar və oturmalar qeydə alınıb.

 
 
________________________________________________________________

 

14 oktyabr 2018 
Saat 12:00
 
Sürüşmə kütləsi üzərində dəyişikliklər qeydə alınmayıb
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan  Qərargahdan verilən məlumata görə sürüşmə zonasında müşahidələr davam etdirilir. Saat 12:00-a olan məlumata görə sürüşmə kütləsi üzərində dəyişikliklər qeydə alınmayıb.

 

_________________________________________________________________

 

14 oktyabr 2018 
Saat 09:00
 
Sürüşmə ərazisində dəyişiklik qeydə alınmayıb
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan  Qərargahdan verilən məlumata görə sürüşmə zonasında müşahidələr sutka ərzində davam etdirilib. Son 12 saatda sürüşmə kütləsi üzərində vizual müşahidə edilə bilən dəyişikliklər qeydə alınmayıb.
 
_________________________________________________________________
 
13 oktyabr 2018 
Saat 21:00

 

ETSN : növbətçilik əsasında müşahidələr davam etdirilir.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargahdan verilən son məlumata görə Badamdar 20-ci sahə avtomobil yolunun sağ kənarındakı sürüşmənin dinamikasında  ötən saatlara nisbətən ciddi dəyişiklik baş verməyib. Sürüşmə kütləsi üzərində xırda uçqun prosesi davam edir.
Qərargah üzvləri ərazidə növbətçilik əsasında müşahidələri davam etdirir.
 
_________________________________________________________________
 
13 oktyabr 2018
Saat 18:00
 

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargahdan verilən son məlumata görə Badamdar 20-ci sahə avtomobil yolunun sağ kənarındakı sürüşmənin dinamikasında aktivlik davam edir. Sürüşmə kütləsi üzərində xırda uçqun prosesi gedir.
Qərargah üzvləri ərazidə növbətçilik əsasında müşahidələri davam etdirir.

 
_________________________________________________________________
13 oktyabr 2018 
Saat 15:00
 

Badamdar 20-ci sahə avtomobil yolunun sağ kənarındakı sürüşmə sahəsində ETSN-nin Milli Geoloji Kəşfiyyat Xidmətinin mütəxəssisləri müşahidələri davam etdirirlər.
Ən son məlumata görə sürüşmənin dinamikasında aktivlik davam edir.

_________________________________________________________________

 

13 oktyabr 2018 
Saat 11:00
 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planaalma ekspedisiyasının mütəxəssisləri növbətçilik rejimində Badamdar - 20-ci sahə avtomobil yolunun sağ kənarındakı sürüşmə sahəsində müşahidələri davam etdirirlər. Ən son məlumata görə sürüşmənin dinamikasında aktivlik davam edir. Sürüşmə kütləsini saxlamaq üçün 2013-cü ildə inşa edilmiş istinad divarı yamac boyu 4-5 metr aşağıya irəliləmiş, həmin istinad divarında hipsometrik olaraq, sürüşmə kütləsi hərəkət edərək avtomobil yoluna tökülmüşdür. Proses aktiv fazadadır. Sürüşmə ərazisi aidiyyəti qurumların nümayəndələri tərəfindən nəzarətdədir və insanların həyatı üçün təhlükə yoxdur.

__________________________________________________________________
13 oktyabr 2018 
Saat 09:00
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının mütəxəssisləri növbətçilik rejimində Badamdar 20-ci sahə avtomobil yolunun sağ kənarındakı sürüşmə sahəsində müşahidələri davam etdirirlər. Ən son məlumata görə sürüşmənin dinamikasında aktivlik dayanmayıb. İstinad divarından aşağıda sürüşmə kütləsinin hərəkəti davam edir.
__________________________________________________________________
12 oktyabr 2018
Saat 21:00
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralovun verdiyi ən son məlumata görə sürüşmənin dinamikasında aktivlik davam edir. Nazirliyin mütəxəssisləri sürüşmə zonasında növbətçilik rejimində çalışır. Hər saatdan bir ərazidə müşahidələr aparılır.
 
 
 

30 Oktyabr 2018

Oxunma sayı : 4238