Xəbərlər


Milli Parkın ərazisində ov edən şəxslər cəzalandırılıb

20 Yanvar 2023, 14:45

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin və Ağgöl Milli Parkının əməkdaşları tərəfindən birgə keçirilən nəzarət tədbirləri zamanı Ağgöl Milli Parkının ərazisində ov edən şəxslər saxlanılıb.

Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı brakonyerlərin Cəlilabad rayon sakinləri Zakir və Nadir Bədirovlar, Beyləqan rayon sakini Ərzullah Mirzəyev və Rusiya Federasiyası vətəndaşı Mirquseyn Babaev olduğu müəyyən edilib.

"Faktla bağlı təqsirkar şəxslər barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbir görülüb".