Xəbərlər

11 yanvar - Dünya Qoruqlar və Milli Parklar Günüdür

11 Yanvar 2022, 10:00

1917-ci il yanvarın 11-də dünyada ilk dəfə Rusiyada nadir heyvanların qorunması məqsədilə Baykal gölü üzərində Barquzin Dövlət Qoruğu yaradılıb. 1997-ci ildən isə bu tarix Dünya Vəhşi Təbiət Fondunun təşəbbüsü ilə hər il qeyd olunur.

Ölkəmizdə 10 milli park, 10 dövlət təbiət qoruğu fəaliyyət göstərir. Milli parklarımız Abşeron yarımadasında, ölkənin şimal, cənub və qərb hissəsində yerləşməklə rəngarəng biomüxtəliflik və landşaft komplekslərini əhatə edir.