Balıqların tələf olması ilə bağlı məsələyə aydınlıq gətirilib
18 Avqust 2021, 11:20
Zaqulba, Buzovna, Mərdəkan çimərliklərində balıqların tələf olmasına səbəb son günlər havaların isti keçməsi, dəniz suyunun temperaturunun qalxması nəticəsində suda oksigenin azalmasıdır. Bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Mehman Axundov bildirib.
O qeyd edib ki, yay aylarında bu təbii prosesdir və suyun dayaz hissələrində balıqların ölümünü müşahidə etmək mümkündür.
Xidmət rəsmisinin sözlərinə görə, tələf olmuş balıqlar üzərində aparılan analizlərin nəticələri də balıq nümunələrində infeksion xəstəliklərin və zəhərlənmə hallarının olmadığını göstərib.