• Bakı
  • Gündüz +35°C,
  • Gecə +24°C
  • Sumqayıt
  • Gündüz +34°C,
  • Gecə +23°C
  • Naxçıvan
  • Gündüz +38°C,
  • Gecə +23°C
  • Xankəndi
  • Gündüz +28°C,
  • Gecə +19°C
  • Şuşa
  • Gündüz +23°C,
  • Gecə +14°C
  • Xocalı
  • Gündüz +27°C,
  • Gecə +18°C
  • Xocavənd
  • Gündüz +26°C,
  • Gecə +17°C
  • Qubadlı
  • Gündüz +28°C,
  • Gecə +19°C
  • Zəngilan
  • Gündüz +28°C,
  • Gecə +19°C
  • Laçın
  • Gündüz +23°C,
  • Gecə +14°C
  • Kəlbəcər
  • Gündüz +23°C,
  • Gecə +14°C
  • Daşkəsən
  • Gündüz +26°C,
  • Gecə +16°C
  • Gədəbəy
  • Gündüz +27°C,
  • Gecə +19°C
  • Ağdam
  • Gündüz +36°C,
  • Gecə +23°C
  • Cəbrayıl
  • Gündüz +35°C,
  • Gecə +23°C
  • Füzuli
  • Gündüz +35°C,
  • Gecə +22°C
  • Gəncə
  • Gündüz +36°C,
  • Gecə +24°C
  • Qazax
  • Gündüz +36°C,
  • Gecə +23°C
  • Naftalan
  • Gündüz +36°C,
  • Gecə +24°C
  • Şəki
  • Gündüz +36°C,
  • Gecə +23°C
  • Ağstafa
  • Gündüz +34°C,
  • Gecə +21°C
  • Qəbələ
  • Gündüz +33°C,
  • Gecə +22°C
  • Şamaxı
  • Gündüz +30°C,
  • Gecə +20°C
  • Zaqatala
  • Gündüz +32°C,
  • Gecə +22°C
  • Xızı
  • Gündüz +29°C,
  • Gecə +17°C
  • Siyəzən
  • Gündüz +33°C,
  • Gecə +21°C
  • Şabran
  • Gündüz +34°C,
  • Gecə +22°C
  • Quba
  • Gündüz +32°C,
  • Gecə +19°C
  • Qusar
  • Gündüz +28°C,
  • Gecə +16°C
  • Xaçmaz
  • Gündüz +34°C,
  • Gecə +21°C
  • Kürdəmir
  • Gündüz +38°C,
  • Gecə +22°C
  • Yevlax
  • Gündüz +37°C,
  • Gecə +22°C
  • Ağcabədi
  • Gündüz +37°C,
  • Gecə +23°C
  • Ağdaş
  • Gündüz +36°C,
  • Gecə +22°C
  • Göyçay
  • Gündüz +37°C,
  • Gecə +21°C
  • Bərdə
  • Gündüz +36°C,
  • Gecə +20°C
  • İmişli
  • Gündüz +37°C,
  • Gecə +23°C
  • Salyan
  • Gündüz +36°C,
  • Gecə +23°C
  • Beyləqan
  • Gündüz +36°C,
  • Gecə +22°C
  • Saatlı
  • Gündüz +37°C,
  • Gecə +19°C
  • Hacıqabul
  • Gündüz +37°C,
  • Gecə +24°C
  • Masallı
  • Gündüz +36°C,
  • Gecə +23°C
  • Lənkəran
  • Gündüz +34°C,
  • Gecə +23°C
  • Lerik
  • Gündüz +27°C,
  • Gecə +18°C
Saytın Xəritəsi

Yasaqlıqlar

 

DÖVLƏT TƏBİƏT YASAQLIQLARI

Dövlət Təbiət Yasaqlıqları – torpaq mülkiyyətçidənistifadəçidən və icarəçilərdən alınmadan qanunvericiliklə müəyyən edilmiş qaydada onların torpaq sahələrində təşkil edilir. Burada təbiət komplekslərinin qorunması və bərpası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən həyata keçirilir. Dövlət təbiət yasaqlıqları təbiət komplekslərinin və onların komponentlərinin qorunması və ya bərpası, habelə ekoloji tarazlığın saxlanması üçün xüsusi əhəmiyyət daşıyan ərazilərdir.
Azərbaycanda ilk yasaqlıq 1961-ci ildə yaradılmışdır. 1993-cü ilə qədər yasaqlıqların yaradılması prosesi davam etdirilmişdir. 2003-cü ildə yenidən yasaqlıqların yaradılmasına başlanılmış və həmin ildə Qax, 2005-ci ildə isə Arazboyu və Hirkan, 2008-ci ildə Zaqatala, 2009-cu ildə isə, Arpaçay və Rvarud Dövlət Təbiət Yasaqlıqları yaradılmışdır.
 

1. Qarayazı-Ağstafa Dövlət Təbiət Yasaqlığı

1964-cü ilin fevralında indiki Ağstafa rayonunun Qarayazı meşələri sahəsində yaradılmışdır. Ərazisi 10 000 hektardır. 
Yasaqlığın təbii landşaft sahələri əsasən tuqay, palıd, cavan qarışıq meşə və kolluqlardan, kollu və ot bitkisi olan açıqlıqlardan, otlaqlardan, əkindən, qamışlı cəngəlliklərdən, çınqıllıqlardan, su sahəsindən ibarətdir. 
Yasaqlığın ərazisi insanın təsərrüfat fəaliyyətinin intensiv təsirinə məruz qalsa da, heyvan və quşlarla zəngindir. Burada maral, çöl donuzu, qunduz, canavar, dovşan, meşə pişiyi, tülkü, porsuq kimi məməlilər, qırqovul, qaratoyuq, alabaxta, su fərəsi, ördək, qaşqaldaq, göyərçin, hop-hop, ağacdələn, bildirçin  quş növləri vardır. 

 

2. Şəki Dövlət Təbiət Yasaqlığı

Şəki Dövlət Təbiət Yasaqlığı26 fevral 1964-cü il tarixində Şəki rayonunda yaradılmışdır. O, Əyriçayın hövzəsində Yevlax- Şəki və Şəki-Oğuz şosse yollarının arasında yerləşir. 
Yasaqlığın yaradılmasında məqsəd buradakı heyvan və quşları, xüsusilə qırqovul və turac kimi quşları, qonur ayı və çöl donuzu kimi heyvanları qorumaqdır. Sahəsi 10350 hektardır. 
Ərazi zəngin bitki örtüyünə malikdir. Meşə sahələri palıd, qızılağac, qoz, tut kimi ağaclardan ibarətdir. Çay dərələrində meşə əmələ gətirən ağaclarla birlikdə yemişan, əzgil, böyürtkən, alça kolları keçilməz cəngəlliklər əmələ gətirir. 
Şəki yasaqlığında qonur ayı, çöl donuzu, canavar, çaqqal, tülkü, meşə pişiyi, yenot, porsuq, dovşan, samur, meşə dələsi, sincab kimi məməlilər, qırqovul, turac, meşə göyərçini, alabaxta, bekas, bildirçin, yaşılbaş ördək kimi quşlar məskunlaşmışdır.

 

3. Laçın Dövlət Təbiət Yasaqlığı

1961-ci ilin noyabrında Laçın rayonunun ərazisində yaradılmışdır. Yasaqlığın yaradılmasında məqsəd buradakı məməliləri (cüyür, qayakeçisi, çöl donuzu) və quşları (turac, kəklik) qoruyub artırmaqdır. Ərazisi 20 000 hektardır. 
Ərazi əsasən vələs, cökə, ağcaqayın, palıd meşələrindən ibarətdir. 
Burada bir sıra heyvanların da məskunlaşması üçün əlverişli şərait vardır. Yasaqlıqda bezoar keçisi, cüyür, çöl donuzu, dovşan, canavar, porsuq, dələ, ayı kimi məməlilərə; kəklik, tetra quşu, bildirçin, alabaxta kimi quşlara rast gəlinir.
Hal-hazırda yasaqlıq işğal altındadır və onun fəaliyyəti tamamilə dayandırılmışdır.

 

4. İsmayıllı Dövlət Təbiət Yasaqlığı


 İsmayıllı Dövlət Təbiət Yasaqlığı1969-cu ilin iyulunda yaradılmışdır. Əsasən İsmayıllı, qismən də Qəbələ rayonlarının ərazisində yerləşir. Əvvəl ərazisi 34400 hektar olmuş, müvafiq dövlət qərarı əsasında isə 23 437,85 hektara qədər azaldılmışdır.  
Yasaqlığın yaradılmasında əsas məqsəd burada məskunlaşmış heyvanların qorunması və sayının artırılmasıdır. 
Bitki örtüyü alp və subalp dağ-çəmən və meşə bitkilərindən ibarətdir. Meşə ilə örtülü sahələr əsasən vələs, fısdıq və palıd meşələrindən ibarətdir. Yasaqlığın ərazisində heyvanlar aləmi həm növ, həm də say etibarilə çox zəngindir. Burada quşlardan kəklik, bildirçin, turac, alabaxta, ular, məməlilərdən canavar, vaşaq, meşə pişiyi, yenot, çaqqal, dələ, dovşan  məskunlaşmışdır.

 

5. Qusar Dövlət Təbiət Yasaqlığı

1964-cü ilin iyulunda Qusar rayonunda yaradılmışdır. Yasaqlığın yaradılmasında başlıca məqsəd buradakı bir sıra ov əhəmiyyətli məməli heyvanları və quşları qoruyub saxlamaqdır. Ərazisi 15 000 hektardır. 
Meşə sahəsində fısdıq, vələs, palıd yayılmışdır.  Kol bitkilərindən yemişan, zoğal, armud, alça, alma, itburnu, böyürtkən, qaratikana təsadüf edilir. 
Yasaqlıqda çöl donuzu, cüyür, canavar, meşə pişiyi, qamış pişiyi, çaqqal, yenot, dovşan kimi məməlilər, turac, kəklik, bildirçin, çöl göyərçini, yaşılbaş ördək, fitçi cürə kimi quşlar yayılmışdır.

 

6. Qızılca Dövlət Təbiət Yasaqlığı

1984-cü ilin fevralında Gədəbəy meşə təsərrüfatının Qızılca meşəçiliyi sahəsində yaradılmışdır. Onun yaradılmasında əsas məqsəd ərazinin təbiət kompleksini, xüsusilə məhv olmaq təhlükəsində olan heyvanlar və bitki nümunələrini qorumaqdır. Sahəsi 5135 hektardır. 
Ərazidə meşə və meşə altından çıxmış dağ- bozqır bitkiləri inkişaf etmişdir. Burada meşəni əmələ gətirən əsas ağac cinsləri palıd, fısdıq və vələsdir. 
Yasaqlıqda cüyür, qonur ayı, çöl donuzu, dovşan kimi heyvanlar qorunur.

 

7. Qubadlı Dövlət Təbiət Yasaqlığı

1969-cu ilin iyulunda Qubadlı və Laçın rayonlarının ərazisində yaradılmışdır.Qubadlı rayonunun  şimal və Laçın rayonunun cənub hissəsində dağ- bozqır sahələrini əhatə edir. Bu yasaqlığın yaradılmasının məqsədi  həmin ərazilərin heyvanlar aləmini, xüsusilə burada məskunlaşmış məməli heyvan növlərini (cüyür, çöl donuzu) və quşları (qırqovul)  qorumaqdır.  Sahəsi 20 000 hektardır. 
Ərazidə yayılmış seyrək meşəliklər və kolluqlar palıd, vələs, ardıc, yemişan, itburnu, böyürtkəndən ibarətdir. 
Ərazinin ekoloji amilləri burada heyvanların normal məskunlaşmasına tam şərait yaratmışdır. Ərazidə çöl donuzu, qonur ayı, canavar, çaqqal, tülkü, cüyür, dovşan, porsuq, kəklik, qırqovul, turac, bildirçin  yayılmışdır. 
Hal-hazırda yasaqlıq işğal altındadır və onun fəaliyyəti tamamilə dayandırılmışdır.

 

8. Zuvand Dövlət Təbiət Yasaqlığı

1969-cu ilin iyulunda Lerik və Yardımlı rayonları ərazisində yaradılmışdır. Yasaqlığın yaradılmasında əsas məqsəd dağ quru bozqır şəraitində bezoar keçisi, kəklik və s. heyvanların qorunmasıdır. Sahəsi 15 000 hektardır. Ərazinin bitki örtüyü çox kasıb olub, quru bozqır bitkiləri komplekslərindən təşkil olunmuşdur. Əsasən yabanı dənli və paxlalı-dənli bitki qrupları üstünlük təşkil edir. 
Yasaqlığın ərazisi heyvanlar aləmi ilə çox zəngin deyil. Burada qayakeçisi, kaftar, çöl donuzu, dovşan, canavar, tülkü və s. heyvanlar yayılmışdır.

 

9. Şəmkir Dövlət Təbiət Yasaqlığı

1964-cü ilin fevrvalında Şəmkir rayonunun ərazisində yaradılmışdır. Yasaqlığın yaradılmasında məqsəd  buradakı quşları və məməli heyvan növlərini, xüsusilə də çöl donuzu,  kəklik, turac, qırqovul və ördəkləri qorumaqdır.  Ərazisi 10 000 hektardır.  
Yasaqlıqda tuqay və yarımsəhra bitki formasiyaları yayılmışdır. Tuqay meşə və kolluqları Kür çayı yatağının ətrafında yerləşir, onlar söyüd, ağyarpaq qovaq, qaratikan, böyürtkən, yulğun və s. ibarətdir. 
Ərazinin təbii landşaft sahələri müxtəlif olub, heyvanların məskunlaşması üçün əlverişli mövqeyə malikdir. Burada məməlilərdən çöl donuzu, canavar, dovşan, meşə pişiyi, çaqqal, tülkü, turac, qırqovul, kəklik, turac və müxtəlif su quşları vardır.

 

10. Bərdə Dövlət Təbiət Yasaqlığı

1966-cı ilin mayında Bərdə və Ağdam rayonlarının ərazisində yaradılmışdır. Yaradılmasının əsas məqsədi Kürətrafı tuqay meşələrini və onların faunasını qoruyub zənginləşdirməkdir. Yasaqlığın ümumi sahəsi 7500 hektardır. 
Təbii bitki örtüyü əsasən qovaqdan ibarət olan kompleksdən, qovaq, söyüd, tut və s. ibarət cavan meşəlikdən, yulğunun üstünlük təşkil etdiyi kolluqlardan, palıdın üstünlük təşkil etdiyi meşəlikdən ibarətdir.

Yasaqlıqda məməlilərdən çöl donuzu, çaqqal, tülkü, meşə pişiyi, qamış pişiyi, porsuq, meşə dələsi, dovşan və s., quşlardan qırqovul, turac, fitçi cürə, qırmızıbaş ördək, meşə cüllütü, alabaxta, kiçik və böyük qarabattaq və s. məskunlaşmışdır.

 

11. Korçay Dövlət Təbiət Yasaqlığı

1961-ci ilin noyabrında Xanlar və Goranboy rayonlarının ərazisində yaradılmışdır. Yaradılmasının əsas məqsədi ərazidəki ov əhəmiyyətli heyvan və quşları qorumaqdır. Yasaqlığın ümumi sahəsi 15.000 hektardır. 
Bitkti örtüyü yovşanlı-şoranlı, şoranlı-yovşanlı bitki qruplarından, çay yataqlarının bitki kompleksindən ibarətdir.Ərazidə efemerlər də yaxşı inkişaf edir. 
Burada məməlilərdən ceyran, dovşan, tülkü, çaqqal, canavar; quşlardan kəklik, turac və s. vardır.

 

12. Bəndovan Dövlət Təbiət Yasaqlığı

1961-ci ilin noyabrında Salyan və Qaradağ rayonlarının ərazisində yaradılmışdır. Yasaqlığın yaradılmasında əsas məqsəd bu ərazidəki ceyranları və digər  məməli heyvanları, köçəri və oturaq su və quru quşlarını qoyuyub artırmaqdır. Hal-hazırda ərazisi 4930 hektardır.
Yasaqlığın ərazisi heyvanlar aləminə görə xeyli zəngindir. Burada məməlilərdən ceyran, dovşan, tülkü, çaqqal, canavar, porsuq yaşayır. Xəzər dənizinin sahil sularında suiti, çoxlu müxtəlif balıqlar yaşayır. Ərazidə quşlardan qu quşu, çay ördəyi, dalğıc ördəyi, vağ, qarabattaq, qaşqaldaq, bəzgək, turac, bildirçin və s. yayılmışdır.

 

13. Gil adası Dövlət Təbiət Yasaqlığı

1964-cü ilin fevralında yaradılmışdır. Bakı şəhərinin Qaradağ rayonunun ərazisində yerləşir. Yasaqlığın sahəsi 400 hektardır. Burada  əsasən adadakı və onun ətrafındakı quşlar, xüsusilə gümüşü qağayılar qorunur . Ərazidə qağayıların sayı bəzən 10 000-ə çatır.

 

14. Kiçik Qızılağac Dövlət Təbiət Yasaqlığı

Kiçik Qızılağac Dövlət Təbiət Yasaqlığı1978-ci ilin fevralında Lənkəran rayonu ərazisində Kiçik Qızılağac körfəzinin orta və cənub hissəsində yaradılmışdır. 
Yasaqlığın yaradılmasında məqsəd buradakı su, bataqlıq və quru ərazilərinin köçəri və oturaq quşlarını qorumaqdır. Ərazisi 10 700 hektardır. 
Kiçik Qızılağac körfəzi balıqlarla zəngindir və çoxlu sayda köçəri və oturaq quşların məskənidir.
Yasaqlıqda quşlardan turac, dovdaq, mərmər cürə, dəniz qartalı, məzar qartalı, sultan toyuğu, dovdaq, ərsindimdik, qırmızıdöş qaz və s., məməlilərdən canavar, tülkü, çaqqal, qamış pişiyi, porsuq və s. növlərə təsadüf edilir.

 

 

15. Daşaltı Dövlət Təbiət Yasaqlığı

24 noyabr 1981-ci ildə Şuşa şəhərinin ətrafında yaradılmışdır. Sahəsi 450 hektardır.  Şuşa şəhəri və Şuşa rayonu Qarabağın, Azərbaycanın ən səfalı və füsunkar təbiətli, zəngin tarixi abidəli sahələrindən biridir. Onların qorunmasının, etalon ərazi kimi saxlanılmasının təbiət və tarixi baxımdan mühüm əhəmiyyəti vardır.

Yasaqlığın ərazisi zəngin meşə, kol və ot bitkilərinin təbii muzeyidir. Burada palıd, vələs, ağcaqayın, cökə, göyrüş, yemişan, itburnu, zoğal, əzgil, alma, armud, alça və s. ağac və kol bitkiləri normal inkişaf edir. Ərazi dərman, endemik   və nadir bitkilərlə zəngindir. 
Burada cüyür, çöl donuzu, dələ, dovşan, canavar, çaqqal, və onlarla quş növü məskunlaşmışdır. 
Hal-hazırda yasaqlıq işğal altındadır və onun fəaliyyəti tamamilə dayandırılmışdır.

 

16. Qəbələ Dövlət Təbiət Yasaqlığı

Qəbələ Dövlət Təbiət Yasaqlığı1993-cü ildə Qəbələ rayonunun ərazisində təşkil edilmişdir.Ərazisi 39 700 hektardır. Yaradılmasının əsas məqsədi Böyük Qafqaz dağlarının cənub yamaclarının landşaftını qorumaqdır. 

 

 

 

 

 

17. Arazboyu Dövlət Təbiət Yasaqlığı

1993-cü ildə tuqay meşələrinin qorunması və bərpası məqsədilə yaradılmışdır. Sahəsi 2200 hektardır.  
Hal-hazırda yasaqlıq işğal altındadır və onun fəaliyyəti tamamilə dayandırılmışdır.

 

18. Qax Dövlət Təbiət Yasaqlığı

16 iyun 2003-cü il tarixində yaradılmışdır. Yasaqlığın yaradılmasının başlıca məqsədi İlisu Dövlət Təbiət Qoruğu ilə həmsərhəd yay otlaqlarında və Acınohur düzündə faunanın qorunması və nəsli kəsilməkdə olan  heyvan növlərinin bərpa edilməsidir. Ərazisi 36 836 hektardır.

 

19. Ordubad Dövlət Təbiət Yasaqlığı

Ordubad Dövlət Təbiət Yasaqlığı1969-cu ilin iyulunda Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu ərazisində yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 16  iyun tarixli Sərəncamı ilə Ordubad rayonunun inzibati ərazisinin 12131 hektar sahəsi Milli Park elan edilmişdir. Milli Parka akademik Həsən Əliyevin adı verilmişdir. Hal-hazırda yasaqlığın ərazisi 27869 hektardır. 
Yasaqlığın yaradılmasında məqsəd ərazidəki nadir və qiymətli heyvanları qoruyub artırmaqdır. 
Ərazidə bezoar keçisi, köpgər, daş dələsi, canavar, çaqqal, tülkü və s. məməli heyvan novlərinə, turac, qırqovul, kəklik, bildirçin, alabaxta və s. quş növlərinə rast gəlinir. 

 

 

20. Arazboyu Dövlət Təbiət Yasaqlığı

Naxçıvan Muxtar Respublikasının Ali Məclisin Sədrinin Sərəncamı ilə 23 sentyabr 2005-ci ildə yaradılmışdır. Məqsəd: təbiət komplekslərinin və ya onların komponentlərinin qorunması, ekoloji tarazlığın saxlanılması. Yerləşdiyi ərazi: Arazboyu ərazilər (Sədərək, Şərur,Kəngərli, Babək, Culfa və Ordubad rayonlarının inzibati əraziləri) Sahəsi: 9118ha Əsas növləri: Flora: Araz palıdı, dağdağan, zərif süsən Fauna: qıvrımlələk və çəhrayı qutan,ərsindimdik, Saqqalı qartal, qamış pişiyi, manul pişiyi.

 

21. Hirkan Dövlət Təbiət Yasaqlığı

Hirkan Dövlət Təbiət Yasaqlığı2005-ci ilin dekabr ayında Lənkəran və Astara rayonlarının inzibati ərazilərində yerləşən meşə fondundan 1553 hektar torpaq sahəsində Hirkan Dövlət Təbiət Yasaqlığı yaradılmışdır. Yaradılmasında əsas məqsəd Hirkan Milli Parkı ilə həmsərhəd meşələrin mühafizəsi, Azərbaycan Respublikasının “Qırmızı Kitab”ına daxil edilmiş nadir və nəsli kəsilmək təhlükəsi altında olan heyvan növlərinin miqrasiya yollarının, həmin ərazidə ekosistemin bütövlüyünün və bioloji müxtəlifliyin qorunub saxlanmasıdır.

 

 

 

22. Zaqatala Dövlət Təbiət Yasaqlığı

2008- ci ilin noyabr ayında Zaqatala və Balakən rayonlarının inzibati ərazilərində yerləşən yay otlaqları, Balakən meşə mühafizəsi və bərpası müəssisəsinin meşə fondu torpaqları hesabına 6557 hektar ərazidə Zaqatala Dövlət Təbiət Yasaqlığı yaradılmışdır.Yaradılmasında əsas məqsəd Zaqatala Dövlət Təbiət Qorugu ilə həmsərhəd  yerləşən sahələrə vahid ekosistemin əhatə edilməsi, bioloji müxtəlifliyin qorunub saxlanılması, nadir və nəsli kəsilmək təhlükəsi qarşısında olan heyvan növlərinin miqrasiya yollarının qorunmasıdır.

 
23. Arpaçay Dövlət Təbiət Yasaqlığı

Naxçıvan Muxtar Respublikasının Ali Məclisi sədrinin Fərmanı ilə 22 iyun 2009-cu ildə yaradılmışdır. Məqsəd: təbiət komplekslərinin və ya onların komponentlərinin qorunması, ekoloji tarazlığın saxlanılması. Yerləşdiyi ərazi: Dərələyi silsiləsi boyu ərazilər (Şərur, Kəngərli, Babək və Şahbuz rayonlarının inzibati əraziləri) Sahəsi: 68911ha Landşaftı: Əsas növləri: Flora: Ağır iyli ardıc, gözəl qayışləcək, zərif süsən Fauna: Bəbir, safsar, bezoar keçi, Muflon, Xəzət uları,Saqqalı qartal

 

24. Rvarud Dövlət Təbiət Yasaqlığı

Rvarud Dövlət Təbiət Yasaqlığı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 oktyabr 2009-cu il tarixli Sərəncamı ilə Lerik rayonununda yaradılmışdır. Ərazisi 510 hektardır.