• Bakı
  • Gündüz +13°C,
  • Gecə +4°C
  • Sumqayıt
  • Gündüz +12°C,
  • Gecə +5°C
  • Naxçıvan
  • Gündüz +1°C,
  • Gecə -6°C
  • Xankəndi
  • Gündüz +11°C,
  • Gecə +5°C
  • Şuşa
  • Gündüz +6°C,
  • Gecə 0°C
  • Xocalı
  • Gündüz +10°C,
  • Gecə +4°C
  • Xocavənd
  • Gündüz +9°C,
  • Gecə +3°C
  • Qubadlı
  • Gündüz +11°C,
  • Gecə +5°C
  • Zəngilan
  • Gündüz +11°C,
  • Gecə +5°C
  • Laçın
  • Gündüz +6°C,
  • Gecə 0°C
  • Kəlbəcər
  • Gündüz +6°C,
  • Gecə 0°C
  • Daşkəsən
  • Gündüz +11°C,
  • Gecə +1°C
  • Gədəbəy
  • Gündüz +10°C,
  • Gecə 0°C
  • Ağdam
  • Gündüz +18°C,
  • Gecə +2°C
  • Cəbrayıl
  • Gündüz +17°C,
  • Gecə +4°C
  • Füzuli
  • Gündüz +16°C,
  • Gecə +1°C
  • Gəncə
  • Gündüz +18°C,
  • Gecə +6°C
  • Qazax
  • Gündüz +17°C,
  • Gecə +5°C
  • Naftalan
  • Gündüz +18°C,
  • Gecə +3°C
  • Şəki
  • Gündüz +16°C,
  • Gecə +5°C
  • Ağstafa
  • Gündüz +8°C,
  • Gecə +4°C
  • Qəbələ
  • Gündüz +8°C,
  • Gecə +4°C
  • Şamaxı
  • Gündüz +8°C,
  • Gecə +4°C
  • Zaqatala
  • Gündüz +8°C,
  • Gecə +5°C
  • Xızı
  • Gündüz +8°C,
  • Gecə +2°C
  • Siyəzən
  • Gündüz +8°C,
  • Gecə +4°C
  • Şabran
  • Gündüz +8°C,
  • Gecə +5°C
  • Quba
  • Gündüz +8°C,
  • Gecə +5°C
  • Qusar
  • Gündüz +8°C,
  • Gecə +4°C
  • Xaçmaz
  • Gündüz +8°C,
  • Gecə +5°C
  • Kürdəmir
  • Gündüz +20°C,
  • Gecə +5°C
  • Yevlax
  • Gündüz +19°C,
  • Gecə +3°C
  • Ağcabədi
  • Gündüz +19°C,
  • Gecə +5°C
  • Ağdaş
  • Gündüz +20°C,
  • Gecə +4°C
  • Göyçay
  • Gündüz +19°C,
  • Gecə +5°C
  • Bərdə
  • Gündüz +21°C,
  • Gecə +3°C
  • İmişli
  • Gündüz +19°C,
  • Gecə +6°C
  • Salyan
  • Gündüz +20°C,
  • Gecə +6°C
  • Beyləqan
  • Gündüz +20°C,
  • Gecə +4°C
  • Saatlı
  • Gündüz +20°C,
  • Gecə +5°C
  • Hacıqabul
  • Gündüz +21°C,
  • Gecə +7°C
  • Masallı
  • Gündüz +19°C,
  • Gecə +4°C
  • Lənkəran
  • Gündüz +16°C,
  • Gecə +4°C
  • Lerik
  • Gündüz +14°C,
  • Gecə +6°C
Saytın Xəritəsi

Hava proqnozları bürosu

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyi 
Milli Hidrometeorologiya Departamentinin 
Hidrometeoroloji Proqnozlar Bürosu

Hidrometeoroloji Proqnozlar Bürosu (HPB) Milli Hidrometeorologiya Departamentinin (MHD) operativ bölməsidir. Hidrometeoroloji Proqnozlar bürosunun işində operativliyi təmin etmək və səmərəliliyi artırmaq məqsədi ilə 2012-ci il ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Əmri ilə büroda 5 şöbə və 2 qrup yaradılmış və fəaliyyət göstərir:

Şöbələr

 

1. Qısamüddətli proqnozlar şöbəsinin əsas funksiyası  fasiləsiz iş rejimində (24 saat ərzində növbətçilik iş qrafiki əsasında) fəaliyyət göstərərək, ölkə ərazisi və Xəzər dənizi akvatoriyası üzrə yarımsutkalıq, sutkalıq hidrometeoroloji proqnozları və gözlənilən təhlükəli və ifrat təhlükəli hidrometeoroloji hadisələr haqqında xəbərdarlıqları hazırlamaqdan və onları vaxtında dövlət qurumlarına, müvafiq təşkilatlara və KİV-ə çatdırmaqdan ibarətdir.

2. Uzunmüddətli proqnozlar şöbəsində ölkə ərazisi və Xəzər dənizinin akvatoriyası üzrə sonrakı 2 sutkalıq, həftəlik və aylıq proqnoqnozlar tərtib olunur və müvafiq qaydada istifadəçilərə təqdim olunur. Aylıq icmallar hazırlanır.

3. Hidroloji proqnozlar şöbəsinin  əsas vəzifəsi hidroloji məntəqələrdən gələn bütün növ hidroloji müşahidələri təhlil etməkdən, respublika çayları üçün sutkalıq və 2 günlük gözlənilən sululuğa dair icmal, qısamüddətli (ongünlük) və uzunmüddətli (aylıq və yaz-yay gürsululuq dövrü) proqnozlar hazırlamaqdan, dağ çaylarında gözlənilən daşqın, sel, eləcə də subasma ilə əlaqədar xəbərdarlıqlar verməkdən, müvafiq təşkilatlara hidroloji xidmət göstərməkdən, çayların rejiminə və gursuluq dövrünə dair  arayışlar hazırlamaqdan, böyük su anbarlarına gündəlik, ongünlük, aylıq və rüblük axım proqnozları verməkdən ibarətdir. Şöbə, həmçinin Respublika çayları üzrə qısamüddətli və uzunmüddətli proqnozlar və təhlükəli hadisələr haqqında xəbərdarlıqlar hazırlamaqla  müvafiq təşkilatlara xidmət göstərir.

4. Hidrometeoroloji və təhlükəli hidrometeoroloji hadisələrinin operativ informasiya şöbəsiaparılan islahatlar nəticəsində yaradılan yeni bir bölmədir ki, burada fasiləsiz iş rejimində sutka ərzində aparılan bütün  meteoroloji, aeroloji, radiolokasiya, hidroloji, dəniz muşahidə məlumatlarının və təhlükəli hidrometeoroloji hadisələr haqqında məlumatların toplanması və  təhlili prosesinin həyata keçirilməsi, sorğulara operativ şəkildə müvafiq cavabların hazırlanması həyata keçirilir.

5. Proqnoz metodları və iqlim xidmətləri şöbəsinin yaradılmasında əsas məqsəd Ümumdünya Meteorologiya Təşkilatının 16-cı Konqresində İqlim Xidmətlərinin Qlobal Sisteminin yaradılmasına dair qəbul edilmiş qərarların icrasını təmin etməkdən ibarətdir. Şöbənin funksiyasına Ümumdünya Meteorologiya Təşkilatının müəyyən etdiyi Qlobal və İqlim Mərkəzləri ilə əlaqələrin genişləndirilməsı, qlobal və regional iqlim modellərinin fəsillik və daha uzunmüddətli dövr üçün nəticələrinin istifadəçilər üçün anlaşılan formada şərh edilməsi, bu məlumatlarla xidmət göstərilməsi, keçmiş dövrlərin  iqlim şəraitinin (aylıq, fəsillik, illik) ətraflı icmalının hazırlanması (xəritələr, qrafiklərlə) və ÜMT-nin müvafiq Mərkəzlərinə ötürülməsi daxildir.

Qruplar

1. Hidrometeoroloji Proqnozların təqdimatı və nəşri qrupunun funksiyası bir sıra ölkələrdə olduğu kimi tərtib olunmuş hava proqnozlarını daha maraqlı və fərqli formatda, lazımi sinoptik şərhlərlə müxtəlif informasiya vasitələrinə təqdim etmək üçün hazırlanmış hidrometeoroloji bülletenlərin müəyyən olunmuş formatda nəşrini təmin etməkdir.

2. Peyk və Radiolokasiya məlumatlarının işlənməsi qrupunun yaradılmasına zərurət 2010-cu ilin sonunda Azərbaycanda EUMETSAT peyk sisteminin tətbiq olunmasından sonra yaranmışdır. Qrupun əsas vəzifəsi peyk meteorologiyasının inkişaf etdirilməsi, əldə olunan məlumatların interpritasiyası sahəsində mütəxəsisslərin ixtisaslaşması ilə yanaşı, qısamüddətli proqnozların dəqiqliyinin artırılmasına xidmət göstərməkdir.  Bununla yanaşı, EUMETSAT-a üzv ölkələrin hidrometeorologiya xidmətlərində də bu istiqamət üzrə xüsusi bölmələr fəaliyyət göstərir.

Büroda aşağıdakı növdə hidrometeoroloji proqnozlar tərtib edilir:

  • Respublikanın 7 bölgəsi və Bakı şəhəri üçün verilən qısamüddətli (sutkalıq) və ortamüddətli (48, 72 saat) proqnozlar;
  • Respublikanın 7 bölgəsi üçün verilən aylıq proqnozlar;
  • Xəzər dənizinin 6 akvatoriyası üzrə tərtib olunan qısamüddətli (yarımsutkalıq, sutkalıq) və ortamüddətli (48, 72 saat) dəniz hidrometeoroloji proqnozlar;
  • Qısamüddətli (sutkalıq) hidroloji proqnozlar;
  • Ongünlük hidroloji proqnozlar;
  • Uzunmüddətli - aylıq, rüblük hidroloji proqnozlar;
  • Yaz-yay gursululuğu dövrünün hidroloji proqnozları;
  • Ölkənin 37 şəhəri üzrə verilən qısamüddətli proqnozlar;
  • Gözlənilən təhlükəli və təbii fəlakət hadisələri barəsində xəbərdarlıq;
  • Tibbi-meteoroloji proqnozlar.

Büronun iş fəaliyyətində istifadə olunan texnologiyalar

TURKMETCAP-sinoptik vizuallaşdırma və təhlil sistemidir. Azərbaycanda proqnoz və xəbərdarlıqların keyfiyyətinin artırılması məqsədi ilə 2004-cü ildə TURKMETCAP proqramı tətbiq edilmiş, 2010-cu ildə ildə isə son versiyası gətirilmişdir. Proqnozların hazırlanmasında istifadə olunan lazımi faktiki məlumatlarla yanaşı, çoxsaylı proqnostik xəritələr, rəqəmli modellərin nəticələri bu sistem vasitəsi ilə əldə olunur və informasiya mübadiləsi həyata keçirilir.
VSAT-Peyk Məlumat Mübadiləsi Sistemidir. Bu peyk systemi vasitəsilə Türkiyə Meteoroloji Xidmətin kompüter şəbəkəsinə qoşulmaq imkanı yaranmışdır.
Roshidrometin UniMASS-Məlumatların Kommutasiya Mərkəzi vasitəsi ilə informasiya mübadiləsini həyata keçirir, onun vasitəsilə ECMWF RUMS proqnostik xəritələri əldə olunur. Proqnozların hazırlanmasında ECMWF-in EPS meteoqramlarının (Ansambl metodu) nəticələrindən də istifadə olunur.
EUMETSAT peyk sistemi 12 spektr üzrə bulud sistemlərinin vizuallaşmasını təmin edir.

 

Hidrometeoroloji Proqnozlar Bürosu

Hidrometeoroloji Proqnozlar Bürosu
Hidrometeoroloji Proqnozlar Bürosu
Hidrometeoroloji Proqnozlar Bürosu
Hidrometeoroloji Proqnozlar Bürosu

«TÜRKMETJAP» kompleksi

«TÜRKMETJAP» kompleksi
«TÜRKMETJAP» kompleksi