Faydalı Bölmələr

Bakı və Abşeron yarımadasının Palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğu

Bakı və Abşeron yarımadasının Palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğu

  Azərbaycan Respublikası palçıq vulkanlarının ən çox yayıldığı ölkədir. Bu unikal regionda palçıq vulkanlarının sayı son vaxtlaradək 400-ə yaxın hesablanırdı və planetimizdə olan vulkanların yarısını təşkil edirdi. 

  Palçıq vulkanlarının əhəmiyyətini nəzərə alaraq bu təbiət sərvətlərinin gələcək nəsillərə çatdırılması və respublikamızın təbii irsinin geniş miqyasda təbliğ olunması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 15 avqust tarixli 2315 nömrəli Sərəncamı ilə Bakı və Abşeron yarımadasında yerləşən palçıq vulkanlarının bir hissəsinin ərazisində «Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğu» yaradılmışdır.

  Müvafiq Sərəncama əsasən Dövlət Təbiət Qoruğunun yaradılmasının əsas məqsədi kimi palçıq vulkanlarına antropogen təsirlərin azaldılması, ərazidə aparılan intensiv inşaat işləri və vulkanların püskürmə ehtimalı olan zonalarda yaşayış binalarının inşasının qarşısınının alınması göstərilmişdir. Bundan sonra  Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2011-ci il 29 sentyabr tarixli 294 nömrəli Sərəncamı ilə 12322,84 ha sahədə 43 palçıq vulkanının ərazisi qoruq elan edilmişdir.

  DTQ-un fəaliyyətində əsasən iki prioritet istiqamət müəyyən olunmuşdur: vulkanik landşaftın, təbiət komplekslərinin və obyektlərinin təbii vəziyyətini qoruyub saxlamaq məqsədi ilə təbiət ərazilərinin mühafizəsini həyata keçirmək; elmi tədqiqatları təşkil etmək və ekoloci monitorinqi həyata keçirmək.

  Qoruq əməkdaşları xüsusi mühafizə statusu şamil edilmiş 43 palçıq vulkanında mütamadi olaraq elmi stasionar müşahidələr aparmaqla ekoloji şəraitin proqnozlaşdırılması, təbiətin mühafizəsinin elmi əsaslarının hazırlanması, vulkanik proseslərin dinamikasının öyrənilməsi ilə yanaşı, həm də, onların antropogen müdaxilələrdən qorunmasını təmin etməklə vulkanik landşaftın təbii vəziyyətini saxlayır. 

Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğunun sərhədlərinə daxil edilən palçıq vulkanlarının

 

SİYAHISI

Sıra

№-si

Palçıq vulkanlarının adı

Palçıq vulkanlarını əhatə edən ərazi

qış otlaq sahələrindən

dövlət ehtiyat fondu torpaqlarından, ha

ha

1

2

3

4

5

Bakı şəhərinin inzibati ərazisi üzrə

1.

 Güzdək-Bozdağ

17

411,0

-

2.

 Ayrantökən

63

616,56

-

3.

 Qoturdağ

62

547,73

-

4.

 Kirdağ

18

49,02

-

5.

 Pilpili Qaradağ

-

-

12,0

6.

 Torpaqlı Axtarma

-

-

224,73

7.

 Qaradağ Axtarma

-

-

107,07

8.

 Bəndovan

-

-

122,0

9.

 Ağzıbir

-

-

473,03

10

 Otman-Bozdağ

-

-

1061,54

11

 Xərə-Zirə adası

-

-

446,9

12

 Qarasu adası

-

-

58,66

13

 Zənbil adası

-

-

55,79

14

 Gil adası

-

-

93,22

15

 Cigil adası

-

-

11,95

16

 Səngi-Muğan adası

-

-

47,95

17

 Çapılmış

-

-

107,13

18

 Gülbəxt-Sarınca

-

-

180,0

19

 Şorbulaq

-

-

584,62

20

 Keyrəki

-

-

31,35

21

 Qırməki

-

-

76,35

 

 Cəmi

-

1624,31

3694,29

 

Abşeron rayonunun inzibati ərazisi üzrə

1.

 Kirdağ

18

222,95

-

2.

 Çeyildağ

59

35,33

-

3.

 Pirəküşkül

-

-

42,07

4.

 Şəkixan qrupu

95

88,07

-

92

11,88

5.

 Ağdam qrupu

90

31,66

-

92

59,28

6.

 Süleymanaxtarma

39

49,31

-

7.

 Kiçik kənizədağ

49

569,12

-

8.

 Sarıdaş boyanata

28

66,64

-

9.

 Durandağ

93

455,13

-

10.

 Torağay

89

940,2

-

11.

 Oyux

-

-

835,06

12.

 Qaraxura

-

-

913,05

13.

 Ağtirmə

77

368,54

911,75

14.

 Əmcək-əmcək

-

-

916,7

15.

 Buransız-Çulğa

14

24,68

-

16.

 Qılınc

89

8,04

-

17.

 Ağnohur

63

22,49

-

18.

 Güllütəpə

-

-

1,53

19.

 Çeilaxtarma

42

55,9

-

20.

 Qotur

87

175,95

-

21.

 Qələndəraxtarma

68

99,0

-

22.

 Şahqaya

-

-

99,91

 

 Cəmi

-

3284,17

3720,07

 

 

 

 

 

 

 YEKUN

 

 

12322,84