Faydalı Bölmələr

Dövlət proqramları

Ətraf mühitin mühafizəsi, ekoloji vəziyyətin yaxşılaşdırılması və təbii sərvətlərdən istifadəyə dair qəbul edilmiş dövlət proqramları 

Ölkə iqtisadiyyatının sürətli inkişafı, xalqın rifahının yüksəldilməsi, ekoloji vəziyyətin yaxşılaşdırılması, ətraf mühitin mühafizəsi və  təbii sərvətlərdən səmərəli istifadə məsələləri  həmişə dövlət rəhbərliyinin diqqət mərkəzində olmuşdur.

Azərbaycan Respublikasında davamlı inkişaf prinsipləri dövlət siyasəti və proqramlarına daxil edilmişdir.

Azərbaycan Respublikasının hökuməti tərəfindən qəbul edilmiş Milli və Dövlət Proqram sənədlərində bu hədəflərin reallaşması üçün yerinə yetirilməsi zəruri olan vəzifələr müəyyənləşdirilmişdir.

Bu proqramların əsas məqsədi ölkə iqtisadiyyatının, xüsusilə, qeyri-neft sektorunun dinamik inkişafına, əhalinin iqtisadi və sosial tələbatlarının daha dolğun təmin olunmasına, regionların inkişafına, ölkənin iqtisa­di təhlükə­siz­liyinin təmin edilməsinə, ətraf mühitin mühafizəsinə yönəldilmiş döv­lət əhəmiyyətli inves­tisiya layihələrinin sistemli və səmərəli şəkildə həyata keçiril­mə­sini təmin etməkdən ibarətdir.

Son illər Azərbaycanda ətraf mühitlə bağlı qəbul olunmuş dövlət proqramlarının icrasına diqqətin artırılması, mövcud ekoloji  problemlərin daha səmərəli həll edilməsi məqsədilə müvafiq sərəncamların imzalanması bu sahənin ölkədə prioritet olduğunu göstərir.  

Son illərdə Azərbaycan Respublikasında ətraf mühitin mühafizəsi ilə bağlı və ya bu qəbildən olan tədbirləri özündə əks etdirən üzunmüddətli sterateji sənədlər: 

Hazırda icra mərhələsində olan proqramlar:

1. “Azərbaycan Respublikasında bioloji müxtəlifliyin qorunmasına və davamlı istifadəsinə dair 2017–2020-ci illər üçün Milli Strategiya”; 

2. “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası:

  • “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasına əsasən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 16 dekabr 2016-cı il tarixli 858/ü nömrəli Əmri ilə “Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əhatə etdiyi sahələr üzrə 2016-2018-ci illər üçün Fəaliyyət Planı” təsdiq edilmişdir;

3. “Azərbaycan Respublikasında radon təhlükəsinin tədqiqi və azaldılması üzrə 2014-2018-ci illər üçün Tədbirlər Proqramı;

4. Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri:

  • “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”
  • “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”
  • “Azərbaycan Respublikasının neft və qaz sənayesinin (kimya məhsulları daxil olmaqla) inkişafına dair Strateji Yol Xəritəsi”
  • “Azərbaycan Respublikasında ağır sənaye və maşınqayırmanın inkişafına dair Strateji Yol Xəritəsi”
  • “Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz)  inkişafına dair Strateji Yol Xəritəsi”
  • “Azərbaycan Respublikasında uyğun qiymətə mənzil təminatının inkişafına dair Strateji Yol Xəritəsi”

5. Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”;

6. Azərbaycan Respublikasında daşınmaz əmlakın kadastrı sisteminin inkişafı, torpaqdan istifadənin və onun mühafizəsinin səmərəliliyinin artırılmasına dair 2016-2020-ci illər üçün Dövlət Proqramı” 

7. Azərbaycan Respublikasında sitrus meyvəçiliyinin inkişafına dair 2018–2025-ci illər üçün  Dövlət Proqramı”;

8. Azərbaycan Respublikasında çəltikçiliyin inkişafına dair 2018–2025-ci illər üçün  Dövlət Proqramı”;

9. “2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı”;

10. “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”;

11. “AçıqHökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”;

12. “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı”;

13. “2018–2025-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafına dair Dövlət Proqramı”;

14. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 30 mart tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında çimərlik turizmin inkişafına dair 2017-2020-ci illər üçün Tədbirlər Planı”.