• Bakı
  • Gündüz +12°C,
  • Gecə +3°C
  • Sumqayıt
  • Gündüz +12°C,
  • Gecə +3°C
  • Naxçıvan
  • Gündüz +3°C,
  • Gecə -7°C
  • Xankəndi
  • Gündüz +10°C,
  • Gecə +2°C
  • Şuşa
  • Gündüz +5°C,
  • Gecə -3°C
  • Xocalı
  • Gündüz +8°C,
  • Gecə 0°C
  • Xocavənd
  • Gündüz +7°C,
  • Gecə 0°C
  • Qubadlı
  • Gündüz +9°C,
  • Gecə +2°C
  • Zəngilan
  • Gündüz +10°C,
  • Gecə +2°C
  • Laçın
  • Gündüz +5°C,
  • Gecə -3°C
  • Kəlbəcər
  • Gündüz +5°C,
  • Gecə -3°C
  • Daşkəsən
  • Gündüz +7°C,
  • Gecə +1°C
  • Gədəbəy
  • Gündüz +9°C,
  • Gecə 0°C
  • Ağdam
  • Gündüz +15°C,
  • Gecə +3°C
  • Cəbrayıl
  • Gündüz +15°C,
  • Gecə +4°C
  • Füzuli
  • Gündüz +15°C,
  • Gecə +4°C
  • Gəncə
  • Gündüz +16°C,
  • Gecə +2°C
  • Qazax
  • Gündüz +15°C,
  • Gecə +1°C
  • Naftalan
  • Gündüz +16°C,
  • Gecə +3°C
  • Şəki
  • Gündüz +14°C,
  • Gecə +4°C
  • Ağstafa
  • Gündüz +14°C,
  • Gecə 0°C
  • Qəbələ
  • Gündüz +13°C,
  • Gecə -1°C
  • Şamaxı
  • Gündüz +12°C,
  • Gecə -2°C
  • Zaqatala
  • Gündüz +14°C,
  • Gecə +1°C
  • Xızı
  • Gündüz +11°C,
  • Gecə -3°C
  • Siyəzən
  • Gündüz +12°C,
  • Gecə 0°C
  • Şabran
  • Gündüz +12°C,
  • Gecə +1°C
  • Quba
  • Gündüz +13°C,
  • Gecə -4°C
  • Qusar
  • Gündüz +11°C,
  • Gecə -5°C
  • Xaçmaz
  • Gündüz +13°C,
  • Gecə +1°C
  • Kürdəmir
  • Gündüz +16°C,
  • Gecə +3°C
  • Yevlax
  • Gündüz +18°C,
  • Gecə +2°C
  • Ağcabədi
  • Gündüz +17°C,
  • Gecə +4°C
  • Ağdaş
  • Gündüz +14°C,
  • Gecə +3°C
  • Göyçay
  • Gündüz +15°C,
  • Gecə +3°C
  • Bərdə
  • Gündüz +17°C,
  • Gecə +3°C
  • İmişli
  • Gündüz +17°C,
  • Gecə +4°C
  • Salyan
  • Gündüz +15°C,
  • Gecə +3°C
  • Beyləqan
  • Gündüz +17°C,
  • Gecə +4°C
  • Saatlı
  • Gündüz +14°C,
  • Gecə +2°C
  • Hacıqabul
  • Gündüz +15°C,
  • Gecə +5°C
  • Masallı
  • Gündüz +15°C,
  • Gecə +4°C
  • Lənkəran
  • Gündüz +15°C,
  • Gecə +4°C
  • Lerik
  • Gündüz +12°C,
  • Gecə -2°C
Saytın Xəritəsi

Yeraltı sular

YERALTI ŞIRIN SULAR. Respublikada su ehtiyatlarının qeyri-bərabər paylanması və məhdud ehtiyatlara malik olması səbəbindən iqtisadiyyatın, ilk növbədə kənd təsərrüfatının inkişafında yaratdığı məhdudiyyətləri, əhalinin su təchizatında mövcud olan ciddi problemləri aradan qaldırmaq məqsədi ilə hidrogeoloji tədqiqatlar əsasən yeraltı suların ehtiyatlarının müəyyənləşdirilməsi, bu ehtiyatlardan istifadə imkanlarının araşdırılmasına yönəldilmişdir.

Yeraltı su yataqlarının kəşfiyyatı, ehtiyatların hesablanması və istifadə imkanlarının müəyyənləşdirilməsinə dövlət standartları və normativ təlabatlar nəzərə alınmaqla yeraltı suların əlverişli toplanma şəraitinə malik düzənlik və dağətəyi bölgələrdə əhatəli geoloji-kəşfiyyat işləri aparılmışdır.

Müxtəlif illərdə Naxçıvan, Gəncə, Xankəndi, Yevlax, Ucar, Ağdaş, Göyçay, Qazax, Tovuz, Şəmkir, Quba, Qusar, Xaçmaz, Ağdam, Şamaxı, Beyləqan, Imişli, Füzuli, Zəngilan, Cəbrayıl, Ağsu, Şuşa, Xocavənd, Hadrut rayonlarının yaşayış məntəqələrinin, sənaye obyektlərinin su təchizatı məqsədi ilə yeraltı suların kəşfiyyatı aparılmış, ehtiyatları təsdiq edilmişdir. 

Bakı şəhəri və Abşeron yarımadasının su təchizatı problemlərinin həll edilməsi məqsədi ilə uzun illər ərzində III Bakı su kəməri ilə əlaqədar Samur-Vəlvələçay düzənliyinin yeraltı sularının dəqiq kəşfiyyatı aparılmış, ehtiyatları təsdiq edilmişdir. Böyük miqdarda yeraltı su götürülməsinin ətraf mühitə, ilk növbədə meşə örtüyünə təsirini öyrənmək üçün Azərbaycan Respublikası Elmlər Akademiyası ilə birlikdə Xaçmaz rayonu ərazisində xüsusi təcrübə sahəsində unikal tədqiqatlar aparılmış və neqativ təsirin olmaması müəyyən edilmişdir.

 

Azərbaycan Respublikasının şirin (1,0 q/l-dək) və az minerallaşmaya 
(1-3 q/l) malik yeraltı sularının istismar ehtiyatları

 

Sıra
N-si
Regionlar Yeraltı suların istismar ehtiyatları, min m3/gün
Cəmi Aprobasiya
olunmuşdur
Cəmi
1 2 3 4 5
I. Dağətəyi və düzənlik bölgələr
1 Samur-Dəvəçi düzənliyi 1686,1 - 1686,1
2 Şəki-Zaqatala düzənliyi 2000,0 - 2000,0
3 Gəncə-Qazax düzənliyi 447,4 3771,2 4218,6
4 Qarabağ-Mil düzənliyi 665,8 1565,7 2231,5
5 Cəbrayıl düzənliyi 234,6 - 234,6
6 Naxçıvan düzənliyi 902,2 - 902,2
7 Şirvan düzənliyi 158,7 359,0 517,7
8 Muğan-Səlyan düzənliyi 76,0 - 76,0
9 Lənkəran düzənliyi 86,0 - 86,0
10 Abşeron yarımadası 0,3 - 0,3
11 Böyük Qafqaz 17,7 - 17,7
12 Kiçik Qafqaz 74,6 - 74,6
13 24,3 - - 24,3
14 Şamaxı-Qobustan bölgəsi 9,8 - 9,8
  CƏMİ 6383,5 5695,9 12079,4

Bakı şəhəri və Abşeron yarımadasının alternativ su təchizatı mənbəyi kimi Alazan-Əyriçay vadisində, Oğuz və Qəbələ rayonları ərazisində hidrogeoloji tədqiqatlar nəticəsində saniyədə 15 m3 miqdarında yeraltı su götürülməsinin mümkünlüyü araşdırılmışdır.

Azərbaycan Respublikasının Prezidenti cənab I.Əliyevin Bakı, Sumqayıt və Abşeron yarımadasının digər yaşayış məntəqələrinin əhalisinin ekoloji təmiz içməli suya olan tələbatının yaxşılaşdırılması barədə tapşırığını yerinə yetirmək üçün "Azərsu" SC-nin sifarişi ilə 2005-ci ildə Oğuz-Qəbələ sahəsində yeraltı suların kəşfiyyatı aparılmış, saniyədə 5 m3 miqdarında yeraltı su götürülməsinin mümkünlüyü müəyyən edilmişdir. 

Yeraltı sulardan suvarmada istifadə edilməsi imkanlarını araşdırmaq üçün respublikanın müxtəlif regionlarında əhatəli tədqiqatlar aparılmış və təkliflər verilmişdir. Bu tədqiqatların nəticələri əsasında 70-ci illərdən başlayaraq respublika ərazisində 15 mindən çox su istismar quyusu qazılmışdır.

Yeraltı sulardan suvarmada istifadə edilməsi imkanlarının müəyyənləşdirilməsi respublika ərazisinin hidrogeoloji-meliorativ şəraitinin tədqiqi ilə müşayiət olunmuşdur.