• Bakı
  • Gündüz +6°C,
  • Gecə +4°C
  • Sumqayıt
  • Gündüz +5°C,
  • Gecə +3°C
  • Naxçıvan
  • Gündüz +7°C,
  • Gecə -4°C
  • Xankəndi
  • Gündüz +4°C,
  • Gecə -1°C
  • Şuşa
  • Gündüz +2°C,
  • Gecə -5°C
  • Xocalı
  • Gündüz +3°C,
  • Gecə -4°C
  • Xocavənd
  • Gündüz +4°C,
  • Gecə -3°C
  • Qubadlı
  • Gündüz +4°C,
  • Gecə -1°C
  • Zəngilan
  • Gündüz +3°C,
  • Gecə -1°C
  • Laçın
  • Gündüz +2°C,
  • Gecə -5°C
  • Kəlbəcər
  • Gündüz +3°C,
  • Gecə -4°C
  • Daşkəsən
  • Gündüz +3°C,
  • Gecə -3°C
  • Gədəbəy
  • Gündüz +2°C,
  • Gecə -5°C
  • Ağdam
  • Gündüz +6°C,
  • Gecə +2°C
  • Cəbrayıl
  • Gündüz +4°C,
  • Gecə -2°C
  • Füzuli
  • Gündüz +4°C,
  • Gecə -1°C
  • Gəncə
  • Gündüz +8°C,
  • Gecə +4°C
  • Qazax
  • Gündüz +7°C,
  • Gecə +3°C
  • Naftalan
  • Gündüz +8°C,
  • Gecə +4°C
  • Şəki
  • Gündüz +6°C,
  • Gecə +3°C
  • Ağstafa
  • Gündüz +8°C,
  • Gecə +2°C
  • Qəbələ
  • Gündüz +6°C,
  • Gecə -2°C
  • Şamaxı
  • Gündüz +4°C,
  • Gecə 0°C
  • Zaqatala
  • Gündüz +7°C,
  • Gecə +2°C
  • Xızı
  • Gündüz +4°C,
  • Gecə -3°C
  • Siyəzən
  • Gündüz +7°C,
  • Gecə +1°C
  • Şabran
  • Gündüz +6°C,
  • Gecə +2°C
  • Quba
  • Gündüz +3°C,
  • Gecə -1°C
  • Qusar
  • Gündüz +2°C,
  • Gecə -3°C
  • Xaçmaz
  • Gündüz +7°C,
  • Gecə +2°C
  • Kürdəmir
  • Gündüz +7°C,
  • Gecə +4°C
  • Yevlax
  • Gündüz +8°C,
  • Gecə +3°C
  • Ağcabədi
  • Gündüz +5°C,
  • Gecə +4°C
  • Ağdaş
  • Gündüz +7°C,
  • Gecə +4°C
  • Göyçay
  • Gündüz +6°C,
  • Gecə +3°C
  • Bərdə
  • Gündüz +7°C,
  • Gecə +5°C
  • İmişli
  • Gündüz +6°C,
  • Gecə +5°C
  • Salyan
  • Gündüz +8°C,
  • Gecə +4°C
  • Beyləqan
  • Gündüz +7°C,
  • Gecə +3°C
  • Saatlı
  • Gündüz +6°C,
  • Gecə +3°C
  • Hacıqabul
  • Gündüz +7°C,
  • Gecə +5°C
  • Masallı
  • Gündüz +7°C,
  • Gecə +3°C
  • Lənkəran
  • Gündüz +7°C,
  • Gecə +4°C
  • Lerik
  • Gündüz +3°C,
  • Gecə 0°C
Faydalı Bölmələr

Palçıq vulkanları

Azərbaycanın neft-qaz rayonlarında 300-dən çox palçıq vulkanı və palçıq vulkanı təzahürü yerləşmişdir. Onların əksəriyyəti intensiv qrifon-salza fəaliyyəti ilə səciyyələnir və yer səthinə KH qazları, minerallaşmış sular, neft emulsiyalı lilli palçıq çıxarır.

Hər il Azərbaycanda 2-dən 5-dək, bəzən daha çox püskürmə paroksizmi baş verir. Keçən əsrin müxtəlif illərində palçıq vulkanı fəaliyyətində aktivləşmə qeydə alınmışdır və püskürmələrin sayı həmişəkindən çox olmuşdur.

Son illərdə palçıq vulkanlarının aktivləşməsi 2001-ci ildə qeyd olunmuşdur. Rekord miqdar-16 püskürmə, onlardan ikisi dənizdə (Buzovna pilpiləsi, Çigil-dəniz), üçü Abşeron yarımadasında (Keyrəki, Bozdağ-Hökməli, Lökbatan), digərləri Qobustanda olmuşdur. Xüsusilə intensiv fəaliyyət Durandağ və Çapılmış palçıq vulkanlarında  qeydə alınmışdır. Onlar yer səthinə uyğun olaraq 700 və 300 m3 çox brekçiya çıxarmış, 31 və 22 hektar sahəni örtmüşlər. Tez-tez püskürən vulkanlar Lökbatan, Şıxzərli, Keyrəki, Quşçu, Xərə-Zirə adası və s. İki vulkan (Çeildağ, Qoturdağ) püskürməsi  palçığın çıxarılması (dürtülmə) ilə səciyyələnir.

 

Qarasu (Los) a. Palçıq vulkanı 

Vulkan bakıdan 70 km cənub-şərqdə Hamadağ-Daşlı a. (Kamen İqnati) antiklinal zonasında – ŞmQ-CŞ yönlü qırılma zonasında yerləşmişdir. Bakı arxipelaqının iri və aktiv ada vulkanlarından biridir. Qrifon və salzaların müxtəlifliyi ilə səciyyələnir, qaz, su, neft örtüklü lilli palçıq çıxardır.  Onun ilk püskürməsi XIX əsrin ikinci yarısında -1876-cı ilin fevral və mart aylarında qazın yanması və alov sütununun yüksəyə qalxması ilə qeydə alınmışdır. 1923-cü ildə baş verən püskürmədə 60-70 min m3 brekçiya çıxarılmışdır. ən intensiv və davamlı püskürmə (iki sutka) 1977-ci ilin aprelində baş vermişdir. Nəhayət vulkanın son təzahürü alovsuz və brekçiyasız olmuşdur.  Köhnə brekçiya tullantısı üzərində parçalanma (200×25×50 m) və çox saylı dərin (1 m-ə qədər və uzunluğu 700 m-dən çox çatlar yaranmışdır.

 

Qoturdağ palçıq vulkanı 

Bakıdan 70 km cənub-qərbdə yerləşir. Nisbi hündürlüyü 150 m, morfoloji baxımdan kəsilmiş konus, diametri 150 m, dərinliyi 15-20 m-ə qədər enmə kalderadır. Tektonik cəhətdən vulkan Qoturdağ qırışığının gümbəzəyaxın hissəsində Məhsuldar qat çöküntülərində yerləşmişdir.

Qoturdağ vulkanı Azərbaycanın maraqlı vulkanlarından biridir və başqalarından öz təzahürünə görə fərqlənir. 100 ildən artıq vaxt ərzində nalvarı krater çatından, uzunluğu 50 m və eni 15 m olan daim palçıq sıxılıb çıxarılması baş verir. Yarı quru brekçiya tübikdən çıxan pasta kimi qırılaraq vulkan yamacı ilə aşağı sürüşür. Bu hadisə ilk dəfə 1926-cı ildə qeyd edilmişdir. O, zaman axının illik sürəti 42 m olmuşdur. Proses 1966-cı ilə qədər davam etmişdir. Sonra 1966-cı ilin  oktyabr  ayında və 1970-ci ilin yazında adi püskürmə baş vermişsə də brekçiyanın sıxılıb çıxarlması davam etmişdir. Eni 25 m-ə qədər, hündürlüyü 10 m-dən çox olan ellips formalı brekçiya püskürməni müşayiət etmişdir. Brekçiyanın sıxılıb çıxarılma sürəti ayda 2,5 m olmuşdur. Hal-hazırda da bu proses davam etməkdədir. Palçıq vulkanı brekçiyası qabartı şəklində Qoturdağda cəmi 6 püskürmə - 1926, 1959, 1966, 1970, 1977 və 1987-ci illərdə qeyd edilmişdir.

 

Keçəldağ palçıq vulkanı

Vulkan Abşeron yarımadasının qərbində, Ceyranbatan su anbarının cənub-şərq sahilində yerləşmişdir. Onun mütləq hündürlüyü 114m-dir. O, Keçəldağ-Zigilpiri strukturunun şimal-qərb perikilinalının şimal hissəsində Paleogen çöküntülərindən təşkil olunmuşdur və Görədil-Masazır qırılma zonasında yerləşmişdir. 

Vulkanın ilk qeydə alınmış püskürməsi 10 oktyabr 2000-ci ildə vermışdır. Püskürmə kiçik fasilələrlə 1,5 saat davam etmişdir, qaz yanması olmamışdır, ancaq vulkan bekçiyası 40-50 m hündürlüyə tullanmışdır. Vulkan boğazı ətrafında halqavarı çatlar yaranmış, onlar boyu divarlar uçmuş və vulkan krateri kalderə bənzər forma almışdır. Vulkan yer səthinə 150 min kum metrə qədər brekçiya çıxarmışdır və qismən onun yamaclarının örtmüşdür.

 

Keyrəki palçıq vulkanı

Vulkan Abşeron yarımadasında Bakıdan 12 km şimalda, Binəqədi qəsəbəsi yaxınlığında yerləşmişdir. Azərbaycanın aktiv, tez-tez püskürən vulkanlarından biridir. Morfoloji baxımdan gümbəzvari kiçik kraterli bu vulkan 146 m mütləq yüksəkliyi var. Onun yer səthindən hündürlüyü 116 m-dir. Tektonik mövqeyinə görə Binəqədi qırışığının gümbəzə yaxın cənub qanadında, Paleogen-Miosen yaşlı strukturla əlaqədardır. Onun birinci püskürməsi 1824-cü ildə qeydə alınmışdır. Vulkan 17 dəfə püskürmüşdür, onlardan 5-i XIX əsrdə (1824, 1830, 1865, 1882, 1885-ci illər) və 12-si (1902, 1915, 1952, 1953, 1957, 1964, 1966, 1968, 1989, 1991, 2001, 2002-ci illər) sonrakı əsrdə olmuşdur.  Püskürmələr yeraltı gürultu, partlayışla, olunsa da, qazın yanması qeydə alınmamışdır. Ən intensiv püskürmə 1852-ci ildə olmuşdur və yer səthinə bir neçə saat ərzində 375 min kubmetr brekçiya çıxardılmış və 30 hektar sahə örtülmüşdür.

2001-ci il iyunun 26-da vulkanın güclü püskürməsi Bakı seysmik stansiyasında saat 20:42 də qeyd olunmuşdur. Onun fəallaşması müəyyən fasilələrlə 2,5 saat davam etmişdir. Onun yamaclarında, xüsusilə şərqdə qəribə formal brekçiya axınlarının uzunluğu 200-250 m-ə çatmişdır.

 

Çigil dəniz  (Kumani) palçıq vulkanı

2001-ci il 30 mayda sualtı vulkan Çigil dəniz 40 illik fasilədən sonra püskürmüşdür. O, Neftçala şəhərindən 38 km şərqdə Bakı arxipelaqında yerləşir. Vulkan periodik püskürənlər sırasına aiddir. Maraqlıdır ki, vulkanın hər bir püskürməsindən sonra müxtəlif ölçülü adalar əmələ gəlir, onlar bir neçə aydan sonra dalğalarla yuyulurlar, vulkanın əsas kütləsi su altında qalır və sualtı bankəyə çevrilir.

“Kumanı” vulkanının ilk püskürməsi 1861-ci ildə, sonuncu isə 1959-cu ildə baş vermişdir. 2001-ci ilin may ayındakı püskürmə səkkizincidir. Vulkanının 1861-ci ilin may ayındakı püskürməsində çox böyük həcmdə – 1 mln kubmetr brekçiya dəniz dibinə çıxarılmışdır. 26 mayda adanın ölçüsü 87×66 m, hündürlüyü 35 m, sahəsi 0,57 hektar olmuşdur. 1962-ci ilin əvvəlində ada Xəzrin suları ilə yuyulmuşdur.

Keçən əsrdəki püskürmələrdə (1927, 1950, 1959) alov tüstüsünün hündürlüyü 100-300 m-ə çatmışdır. 1928-ci il 5 noyabrda  baş verən püskürmə təxminən 2 sutka olmuşdur. “Kumaninin” ən intensiv püskürməsi 1950-ci ildə olmuşdur, bu zaman yaranan iri adanın sahəsi 700×500 m, hündürlüyü 6 m-i aşmışdır. 1959-cu il püskürməsində çoxlu kiçik şüşəvari palçıq hissəcikləri “lapillər” müşahidə olunmuşdur.

 

Durandağ palçıq vulkanı

Umbakı qəsəbəsindən 20 km cənub-qərbdə yerləşən nəhəg vulkanın hündürlüyü 302 m-dir və ətraf yerlərdən 200 m yüksəlir. Məhsuldar qat çöküntülərindən təçkil onunan en dairəvi istiqamətli Bəridaş strukturunun şimal-qərb periklinalında bərqərardır. Vulkanın qeyd olunan ilk püskürməsi 1960-cı il 18 iyunda baş vermişdir. Sonrakılar 1968, 1986, 2001 və 2004-cü ildə olmuşdur.

2001-ci ildəki püskürmə xeyli intensivliy ilə seçilir. Vulkan yer səthinə 700 min kubmetr brekçiya tullayaraq 30,4 hektar sahə örtülmüşdür. Müşahidəçilərin məlumatına görə püskürmə güclü partlayışla başlamışdır. Qaz yanması və alov sütununun 200-250 m hündürlüyə qalxması və brekçiyanın vaxtaşırı tullanması ilə müşaiyət olunmuşdur. Püskürmə prosesi 1 saat davam etsə də, alovun yanması demək olar ki, 2 ay olmuşdur. Yarım maye vulkan brekçiyası qərbə doğru axaraq quruduqdan sonra çoxsaylı radial və konsentrik çatlarla doğranmışdır. Brekçiya ortüyünün qalınlığı 1,0-3,0 m çatmışdır. Sonuncu 2004-cü ilin paroksizmi zəif olmuşdur. Vulkan brekçiyasının həcmi 400 min kubmetr-dən az olsa da, 21 hektar sahəni örtmüşdür.