• Bakı
  • Gündüz +35°C,
  • Gecə +24°C
  • Sumqayıt
  • Gündüz +34°C,
  • Gecə +23°C
  • Naxçıvan
  • Gündüz +38°C,
  • Gecə +23°C
  • Xankəndi
  • Gündüz +28°C,
  • Gecə +19°C
  • Şuşa
  • Gündüz +23°C,
  • Gecə +14°C
  • Xocalı
  • Gündüz +27°C,
  • Gecə +18°C
  • Xocavənd
  • Gündüz +26°C,
  • Gecə +17°C
  • Qubadlı
  • Gündüz +28°C,
  • Gecə +19°C
  • Zəngilan
  • Gündüz +28°C,
  • Gecə +19°C
  • Laçın
  • Gündüz +23°C,
  • Gecə +14°C
  • Kəlbəcər
  • Gündüz +23°C,
  • Gecə +14°C
  • Daşkəsən
  • Gündüz +26°C,
  • Gecə +16°C
  • Gədəbəy
  • Gündüz +27°C,
  • Gecə +19°C
  • Ağdam
  • Gündüz +36°C,
  • Gecə +23°C
  • Cəbrayıl
  • Gündüz +35°C,
  • Gecə +23°C
  • Füzuli
  • Gündüz +35°C,
  • Gecə +22°C
  • Gəncə
  • Gündüz +36°C,
  • Gecə +24°C
  • Qazax
  • Gündüz +36°C,
  • Gecə +23°C
  • Naftalan
  • Gündüz +36°C,
  • Gecə +24°C
  • Şəki
  • Gündüz +36°C,
  • Gecə +23°C
  • Ağstafa
  • Gündüz +34°C,
  • Gecə +21°C
  • Qəbələ
  • Gündüz +33°C,
  • Gecə +22°C
  • Şamaxı
  • Gündüz +30°C,
  • Gecə +20°C
  • Zaqatala
  • Gündüz +32°C,
  • Gecə +22°C
  • Xızı
  • Gündüz +29°C,
  • Gecə +17°C
  • Siyəzən
  • Gündüz +33°C,
  • Gecə +21°C
  • Şabran
  • Gündüz +34°C,
  • Gecə +22°C
  • Quba
  • Gündüz +32°C,
  • Gecə +19°C
  • Qusar
  • Gündüz +28°C,
  • Gecə +16°C
  • Xaçmaz
  • Gündüz +34°C,
  • Gecə +21°C
  • Kürdəmir
  • Gündüz +38°C,
  • Gecə +22°C
  • Yevlax
  • Gündüz +37°C,
  • Gecə +22°C
  • Ağcabədi
  • Gündüz +37°C,
  • Gecə +23°C
  • Ağdaş
  • Gündüz +36°C,
  • Gecə +22°C
  • Göyçay
  • Gündüz +37°C,
  • Gecə +21°C
  • Bərdə
  • Gündüz +36°C,
  • Gecə +20°C
  • İmişli
  • Gündüz +37°C,
  • Gecə +23°C
  • Salyan
  • Gündüz +36°C,
  • Gecə +23°C
  • Beyləqan
  • Gündüz +36°C,
  • Gecə +22°C
  • Saatlı
  • Gündüz +37°C,
  • Gecə +19°C
  • Hacıqabul
  • Gündüz +37°C,
  • Gecə +24°C
  • Masallı
  • Gündüz +36°C,
  • Gecə +23°C
  • Lənkəran
  • Gündüz +34°C,
  • Gecə +23°C
  • Lerik
  • Gündüz +27°C,
  • Gecə +18°C
Saytın Xəritəsi

Səth suları

Monitorinq sistemi

 

Səth suları

1.Müşahidə şəbəkəsi

Səth sularının çirklənməsinin monitorinqi şəbəkəsi 43 əsas su obyektinə - 27 cay (Kür, Araz, Alazan, Balakən çayı, Katexçay, Kürmukçay, Talaçay, Əyriçay, Ağstafaçay, Tovuzçay, İori çayı, Qoşqarçay, Kürəkçay, Şəmkirçay, Gəncəçay, Türyançay, Göyçay, Qarasuçay, Dəmiraparançay, Qudyalçay, Vəlvələçay, Qaraçay, Təngərü çayı,

İstisuçay, Qusarçay, Lənkərançay, Viləşçay), 4 su anbarı (Mingəçevir, Şəmkir, Ceyranbatan, Ağstafa), 11 göl, o cümlədən 7-si Abşeronda (Böyük-şor, Qırmızı göl, Yasamal-1, Masazır, Kürdəxanı, Bülbülə, Xocahəsən) və 4-ü ölkənin müxtəlif rayonlarında (Göy-göl, Hacıqabul gölü, Candargöl və Sarısu gölü), və 1 liman (Dəvəçi limanı) olmaqla, 72 müşahidə məntəqəsinə, 65 şaquliyə və 66 üfüqiyə (nümunə götürülmə nöqtəsinə) malikdir. Bu məntəqələrdə tam və ixtisara salınmış proqramlar üzrə  su nümunələri götürülərək, suyun aşağıda qeyd olunan kəmiyyət və keyfiyyət göstəriciləri  üzrə təyinatlar aparılır.

 

Hidroloji göstəricilər: 
· suyun sərfi (m3/san), 
· suyun səviyyəsi (m),
· axın sürəti (m/san);

 

Fiziki göstəricilər:
· temperatur (0C),
· bulanıqlıq (NTU),
· şəffaflıq (sm),
· rəng, qoxu (orqanoleptik metodla),

 

Kimyəvi göstəricilər:
· hidrogen göstəricisi-pH,
· suda həll olmuş oksigen-O2 (mq O/l ; %);

 

Əsas ionlar:
- xlorid - Cl-,
- sulfat - SO42-,
- hidrokarbonat - HCO3-,
- karbonat -CO32-
- ümumi codluq - (mq-ekv/l);
- kalsium - Ca2+,
- maqnezium - Mg2+
- natrium + kalium – (Na+ +K+)
· ionların cəmi -∑ (mq/l),
· Oksigenin kimyəvi sərfi- OKS(mqO/l),
· oksigenin 5 günlük biokimyəvi sərfi -OBS5(mqO/l).

 

Biogen maddələr:
- ammonium ionu,
- nitrit ionu, (NO2-)
- nitrat ionu, (NO3-)
- mineral azotun cəmi (∑mqN/l);;
- fosfatlar, (PO43-)
- ümumi fosforun cəmi (∑mqP/l)
- silisium ionu -Si (mq/l);
- dəmir Fe2+, Fe3+ və ümumi (mq/l) ;

 

Spesifik çirkləndiricilər:
- neft və neft məhsulları,
- fenollar,
- səthi aktiv sintetik maddələr-SASM (mq/l);
- davamlı üzvi cirkləndiricilər (mkq/l):
- α -HXSH,
- β -HXSH,
- γ -HXSH,v
- DDT,
- DDE,
- p, p-DDD+ opDDT

 

Ağır metallar(mkq/l):
- qurğuşun-Pb,
- mis-Cu,
- nikel-Ni,
- alüminium-Al,
- dəmir
- qalay-Sn,
- manqan-Mn,
- xrom-Cr,,
- sink-Zn,
- civə-Hg, 
- kadmium - Cd
- arsen - As
- selen-Se
- ∑ağır metalların cəmi.

 

2. Qanunvericilik və metodologiya

Səth sularının çirklənmədən mühafizəsi istiqamətində fəaliyyət «Su Məcəlləsinin təsdiq edilməsi haqqında»,«Hidrometeorologiya fəaliyyəti haqqında»  Azərbaycan Respublikasının Qanunları və bu qanunların icrası ilə əlaqədar hazırlanan «Ətraf mühit və təbii ehtiyatların monitorinqinin aparılması qaydaları haqqında» Əsasnamə (Nazirlər Kabinetinin 1 iyul 2004-cü il tarixli, 90 saylı qərarı ilə təsdiq edilib) ilə həyata keçirilir.

Ölkəmiz BMT-nin sərhəddən keçən su axınlarının və beynəlxalq göllərin mühafizəsi və istifadəsi üzrə Helsinki Konvensiyasına qoşulduqdan sonra əsas tranzit çaylarımız olan Kür və Araz çaylarında suyun təmizliyinə nəzarət işlərinin dövlət tərəfindən  beynəlxalq standartlara uyğun qurulması  təmin edilib. Belə ki, hər iki çayda BMT-nin AİK-nın ixtisaslı ekspertlər qrupu tərəfindən (ŞAOACQ ölkələrinin milli ekspertlərinin iştirakı ilə) hazırlanmış “Transsərhəd su axınları və beynəlxalq göllərin monitorinqi və qiymətləndirilməsi” üzrə rəhbər prinsiplərə əsaslanaraq operativ monitorinq işləri təşkil edilib.  Kür cayının suyunun keyfiyyətinə nəzarət edən müasir cihaz və avadanlıqlarla təchiz olunmuş Qazax analitik tədqiqatlar laboratoriyası və Araz çayının suyunun keyfiyyətinə nəzarət edən analoji Horadiz analitik tədqiqatlar laboratoriyası 2005-ci ildən fəaliyyət göstərir.

Analizlər beynəlxalq İSO və QOST standartlarına əsaslanan metodikalar üzrə aparılır. Su obyektlərindən nümunələr götürülərək ilkin analizlər yerinə yetirildikdən sonra əsas kimyəvi analizlərin aparılması üçün Ətraf Mühitin Çirklənməsinin Monitorinqi Mərkəzinin müvafiq laboratoriyasına göndərilir. Mərkəzin müvafiq  laboratoriyasında 50-dən çox göstərici üzrə ildə 17 minə qədər analiz aparılır. Suyun keyfiyyətini qiymətləndirmək məqsədi ilə аnalizlərin nəticələrinə əsasən (6 komponent üzrə) suyun çirklənmə indeksi hesablanır. Suyun təmizlik dərəcəsi 7 ballıq şkala üzrə qiymətləndirilir.

 

 Hidrokimyəvi monitorinq proqramı

Analiz metodu
1
Suda həll olmuş oksigen
Oksimetr cihazı ilə ölçmə (elektrokimyəvi metodla işləyir) 
2
Oksigenin 5 günlük biokimyəvi sərfi (OBS5)
Şüşə qablar metodu
3
Oksigenin kimyəvi sərfi
Titrimetrik bixromat
4
Nitrit ionu (NO2-)
Qriss-İlosvay reaktivi ilə spektrometrik metod
5
Nitrat ionu (NO3-)
Natrium salisilat vasitəsilə kolorometrik
6
Ammonium ionları (NH4+)
Nessler reaktivi ilə spektrometrik  metod
7
Fosfat ionu (PO43-)
Mavi rəngli fosfor-molibden kompleksinin spektrometrik metodla təyini
8
Ümumi fosfor
Kalium persulfatla oksidləşmə ilə spektrometrik metod
9
Ümumi dəmir
Atom absorbsiya spektrometriyası AAS
10
Silisium
Sarı rəngli silisium-molibden kompleksinin spektrometrik metodla təyini
11
Ümumi codluq
Xromogen qarası ilə titrimetrik təyinat 
12
Kalsium ionu (Ca2+)
Trilon-B  ilə titrimetric təyinat
13
Maqnezium ionu (Mg2+)
Hesablanma
14
Natrium,kalium ionları (Na+, K+)
Atom absorbsiya,  hesablanma
15
Hidrokarbonat ionu (HCO3-)
Titrimetrik təyinat
16
Sulfat ionu (SO42-)

 Qurğuşun nitratla ditizonun iştirakı ilə titrimetrik təyinat                       

17
Xlorid ionu (Cl-)
Argentometrik
18
Mis ionu (Cu2+)
Atom absorbsiya spektrometrik, AAS
19
Sink ionu (Zn2+)
Atom absorbsiya spektrometrik, AAS
20
Ağır metallar
Atom absorbsiya spektrometrik, AAS
21
Sintetik səthi aktiv maddələr
Metilen göyü ilə spektrometrik
22
Fenollar
Qırmızı qan duzu ilə spektrometrik
23
Neft və neft məhsulları
İnfraqırmızı sonluqlu spektrometrik
24
Xlorüzvi pestisidlər
Qaz  xromotoqrafiya
25
Hidrogen göstəricisi
Potensiometrik
26
Elektrik keçiriciliyi
Konduktometrik
27
Rəng
Orqanoleptik
28
Qoxu
Orqanoleptik
29
Şəffaflıq
Sneller şrifti vasitəsi ilə təyinat
30
Qoxu
Bulanıqlıq
31
Asılı bərk hissəciklər
Qravimetrik metod

Alınmış monitorinqin nəticələri əsasında transsərhəd çirklənmələr üzrə on gündən bir, ümumi su obyektləri üzrə isə aylıq vəziyyət təhlil olunur, su obyektlərində mövcud çirklənmə vəziyyətini  əks etdirən bülletenlər hazırlanaraq respublikada qərar qəbul edən şəxslərə, dövlət orqanlarına, KİV-ə təqdim olunur və internetdə yerləşdirilir.