Növbəti “Tullantıları tinglərə dəyiş” aksiyasında 381 ədəd işlənmiş batareya, 33 litr şüşə tullantı təhvil verilib
13 Aprel 2023, 16:15
Ekologiya və Təbii Sərvətlər Nazirliyi və "Megastore" marketlər şəbəkəsinin birgə təşkilatçılığı ilə "Bir ağac-min nəfəs" devizi altında növbəti “Tullantıları tinglərə dəyiş” ting paylama aksiyası keçirilib.
Bakıxanov qəsəbəsində keçirilən aksiya zamanı vətəndaşlar tərəfindən 381 ədəd işlənmiş batareya, ümumi tutumu 33 litr olan şüşə tullantı təhvil verilib və əvəzində onlara ağac tingləri paylanılıb.
Sabir Abbasov adına 117 saylı tam orta məktəbin şagirdlərinə, eyni zamanda bu mövsüm keçirilən aksiyaların çoxunda iştirak edərək yüksək fəallıq göstərən vətəndaş Orxan Mehdiyevə xüsusi təşəkkür edirik.
Hər kəsi aksiyalarda fəal iştirak etməyə, təbiətə töhfə verərək tullantıların sayının minimuma endirilməsinə və təkrar emalına dəstək olmağa çağırırıq.
Qeyd edək ki, ting paylama aksiyalarının keçirilməsi ilə bağlı elanlar Nazirliyin saytında (eco.gov.az) və sosial şəbəkə hesablarında öncədən paylaşılır.