Növbəti “Tullantıları tinglərə dəyiş” aksiyasına uşaqdan böyüyə hər kəs qoşulub
10 Aprel 2023, 15:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyi və "Grandmart" marketlər şəbəkəsinin birgə təşkilatçılığı ilə "Bir ağac-min nəfəs" devizi altında növbəti “Tullantıları tinglərə dəyiş” ting paylama aksiyası keçirilib.
Qaradağ rayonu, Qobu park yaşayış massivində keçirilən aksiya zamanı vətəndaşlar tərəfindən 30 ədəd işlənmiş batareya, ümumi tutumu 287 litr olan şüşə tullantı təhvil verilib və əvəzində onlara ağac tingləri paylanılıb.
Hər kəsi aksiyalarda fəal iştirak etməyə, təbiətə töhfə verərək tullantıların sayının minimuma endirilməsinə və təkrar emalına dəstək olmağa çağırırıq.
Qeyd edək ki, ting paylama aksiyalarının keçirilməsi ilə bağlı elanlar Nazirliyin saytında (eco.gov.az) və sosial şəbəkə hesablarında öncədən paylaşılır.