Növbəti ting paylama aksiyası Lənkəranda keçirilib
25 Mart 2023, 18:30
"Bir ağac-min nəfəs" devizi altında növbəti “Tullantıları tinglərə dəyiş” ting paylama aksiyası Lənkəranda yerləşən Bazarstore marketin qarşısında keçirilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi və "Bazarstore" marketlər şəbəkəsinin birgə təşkilatçılığı ilə keçirilən aksiya zamanı vətəndaşlar tərəfindən ümumi tutumu 316 litr olan şüşə tullantı təhvil verilib və əvəzində onlara ağac tingləri paylanılıb.

Qeyd edək ki, Lənkəranda keçirilən aksiyada vətəndaşlar olduqca fəal iştirak edib, aksiyalar müddətində ən çox şüşə tullantı burada təhvil verilib.
Hər kəsi aksiyalarda bu cür fəal iştirak etməyə, təbiətə töhfə verərək tullantıların sayının minimuma endirilməsinə və təkrar emalına dəstək olmağa çağırırıq.
Ting paylama aksiyalarının keçirilməsi ilə bağlı elanlar Nazirliyin saytında (eco.gov.az) və sosial şəbəkə hesablarında öncədən paylaşılır.