Xəbərlər

Növbəti ting paylama aksiyası Sabirabadda keçirilib

23 Mart 2023, 17:30

“Tullantıları tinglərə dəyiş” ting paylama aksiyası Ekologiya və Təbii Sərvətlər Nazirliyi və "Bazarstore" marketlər şəbəkəsinin birgə təşkilatçılığı ilə bu dəfə Sabirabad rayonunda yerləşən Bazarstore marketin qarşısında keçirilib.

“Bir ağac-min nəfəs” devizi altında keçirilən aksiya zamanı vətəndaşlar tərəfindən 33 ədəd işlənmiş batareya, ümumi tutumu 160 litr olan şüşə tullantı təhvil verilib və əvəzində onlara ağac tingləri paylanılıb.

Növbəti aksiya 24 mart tarixində saat 12:00-da Lənkəranda yerləşən Bazarstore marketin qarşısında keçiriləcək. Qeyd edək ki, ting paylama aksiyalarının keçirilməsi ilə bağlı elanlar Nazirliyin saytında (eco.gov.az) və sosial şəbəkə hesablarında öncədən paylaşılır.

Hər kəsi aksiyalarda fəal iştirak etməyə, ağac əkməyə və qorumağa, eyni zamanda, tullantıların sayının minimuma endirilməsinə və təkrar emala dəstək olmağa çağırırıq.