Ovçuluq

Diqqət! Ov edən şəxslər adamların və ev heyvanlarının yaralanmasına, habelə yanğın baş verməsinə qarşı bütün ehtiyat tədbirlərini görməyə borcludurlar.

Azərbaycanda ovçuluq təsərrüfatları  ötən əsrin 60-cı illərindən fəaliyyət göstərməyə başlamışdır. Heyvanların optimal sayını populyasiya səviyyəsində saxlamaq üçün maksimal miqdarda ov məhsulları almaq məqsədi ilə vəhşi heyvanların və quşların əldə olunmasını təmin edən təsərrüfat sistemidir.

Azərbaycan Respublikasının ərazisində ovçuluğun və ovçuluq təsərrüfatlarının təşkili, onların fəaliyyətinin həyata keçirilməsi, habelə ov obyektlərinin mühafizəsi, artırılması və istifadəsi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qəbul edilmiş 20 aprel 2004-cü il tarixli 637-IIQ nömrəli "Ovçuluq haqqında" qanunla nizamlanır.

Bu səhifə vətəndaşların ovçuluqla bağlı məlumatları bir mərkəzdən əldə edə bilməsi üçün yaradılmışdır.

Keçidlər