01 Oktyabr 2026
Hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıqMilli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən Bakıda və Abşeron yarımadasında oktyabrın 2-si axşamdan gözlənilən yağışın leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, 3-ü səhərədək arabir güclü olacağı ehtimalı var. Fasilələrlə yağışlı hava şəraiti oktyabrın 4-ü səhərədək davam edəcək.