Qışa hazırlıq məqsədilə qazlaşdırılmayan kəndlərin əhalisinin, Müdafiə Nazirliyinin, Sərhəd və Daxili Qoşunların hərbi hissələrinin, təhsil, səhiyyə müəssisələrinin odun yanacağı ilə təmin olunması üçün oduncaq tədarükü davam edir. Bunu Meşələrin İnkişafı Xidmətinin rəsmisi Sadiq Salmanov bildirib.
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin və İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən birgə nəzarət tədbirləri zamanı İsmayıllı rayonu Kürdmaşı kəndi ərazisində yerləşən Yekəxana su anbarında qanunsuz balıq ovlayan şəxs saxlanılıb. Bunu Xidmət rəsmisi Dünya Həsilova bildirib.
Bununla əlaqədar, müvafiq ali təhsilə və 2 (iki) il əmək stajına malik olan şəxslər tələb olunan sənədlərini (kadrlar uçotunun şəxsi vərəqəsi, tərcümeyi halı, diplomun surəti, şəxsiyyət vəsiqəsinin surəti, əmək kitabçasının surəti, hərbi biletin surəti, yaşayış yerindən arayışı, sağlamlıq barədə arayışı) Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim etməklə müraciət edə bilərlər.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən 2021-2023-cü illərdə "Əlif Hacıyev" elmi-tədqiqat gəmisi ilə aparılmış kompleks ekoloji tədqiqatların nəticələri "Biological Invasions" (Springer Nature Switzerland) beynəlxalq elmi jurnalının 2023-cü ilin oktyabr sayında dərc edilib.
Atmosfer havasının keyfiyyətinin monitorinqi gündəlik olaraq Bakı şəhərinin Səbail, Xətai, Nizami, Nərimanov rayonları və Sumqayıt, Gəncə şəhərləri ərazisində hava keyfiyyəti üzrə fasiləsiz fəaliyyət göstərən avtomatik stansiyalar vasitəsilə həyata keçirilir.