Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində davam edən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 28-ci sessiyasında Azərbaycan pavilyonunda “Su-bataqlıq əraziləri: iqlim riskləri və həlli” mövzusunda Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Ramsar Konvensiyası (Su-Bataqlıq Əraziləri Haqqında Konvensiya) Katibliyinin birgə təşkilatçılığı ilə tədbir keçirilib.
Atmosfer havasının keyfiyyətinin monitorinqi gündəlik olaraq Bakı şəhərinin Səbail, Xətai, Nizami, Nərimanov rayonları və Sumqayıt, Gəncə şəhərləri ərazisində hava keyfiyyəti üzrə fasiləsiz fəaliyyət göstərən avtomatik stansiyalar vasitəsilə həyata keçirilir.
Dağlıq və dağətəyi landşaftı ilə seçilən, yüksək zirvələri, füsunkar gölləri və şəlalələri ilə göz oxşayan Şahdağ Milli Parkının yaranmasından 17 il ötür. Bununla əlaqədar 8 dekabr 2023-cü il tarixində milli parkın bütün bölmələrində (Quba, Qusar, Şamaxı, İsmayıllı, Qəbələ, Oğuz) açıq qapı günü keçiriləcək.
Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Mahmudçala Ovçuluq Təsərrüfatının ərazisində qanunsuz balıq ovlayan, Ağgöl Milli Parkı ərazisində isə balıq ovuna cəhd edən şəxs saxlanılıb və onlardan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb.
Dekabrın 5-i saat 18:00-a olan məlumata əsasən Bakı və Abşeron yarımadasının bəzi ərazilərində, Quba, Xaçmaz, Qusarda yağış yağıb. Şimal–qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənib.