25 Noyabr 2023
Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar 25 noyabr tarixində Naxçıvanda ağacəkmə aksiyası keçirilib.Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə Naxçıvanın Cəhri qəsəbəsində keçirilən aksiya zamanı torpaq-iqlim şəraitinə uyğun olaraq 5000 ağac əkilib.