01 Avqust 2023
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin məlumatı
"Qanunsuz kömür istehsalı ilə birgə mübarizə aparaq” aksiyası çərçivəsində Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən Qəbələ rayonunun Nic qəsəbəsi və Yengicə kəndində, Quba rayonunun Yenikənd və Göygöl rayonunun Tülallar kəndlərində vətəndaşların həyətyanı sahələrində ağac kömürü istehsal edilən kömür quyuları aşkar edilib.
01 Avqust 2023
1 avqustda atmosfer havasının keyfiyyəti
Atmosfer havasının keyfiyyətinin monitorinqi gündəlik olaraq Bakı şəhərinin Səbail, Xətai, Nizami, Nərimanov rayonları və Sumqayıt, Gəncə şəhərləri ərazisində hava keyfiyyəti üzrə fasiləsiz fəaliyyət göstərən avtomatik stansiyalar vasitəsilə həyata keçirilir.
01 Avqust 2023
İqlim dəyişmələri üzrə Dövlət Komissiyasının fəaliyyət planının icrası ilə bağlı ölkədə maarifləndirmə tədbirləri həyata keçirilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və BMT-nin İnkişaf Proqramının təşkilatçılığı ilə Azərbaycanda iqlim dəyişmələrinə Milli Uyğunlaşma Planına dəstək çərçivəsində dövlət qurumlarının nümayəndələrinin bu sahədə bilik və bacarıqlarının artırılması məqsədilə Abşeron, Şabran, Xaçmaz və Quba rayonlarına səfərlər təşkil edilib.
01 Avqust 2023
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin məlumatı
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Göygöl rayonunun Qırıxlı, Ucar rayonunun Qarabörk kəndləri ərazisində, Şabran rayonunun Taxtakörpü su anbarında fəaliyyət göstərən “Xaçmaz ES” MMC-də, Goranboy rayonunun Boluslu kəndində yerləşən "Goranboy Elektronika", "İdeal elektronik" mağazalarında yaranan tullantıların qalaqlanması və ya yandırılması faktları müəyyən edilib.
01 Avqust 2023
Yayın son ayında necə hava gözlənilir
Avqust ayı ölkəmizdə adətən ən isti keçən ay olub. Çoxillik meteoroloji müşahidələrə görə havanın maksimal temperaturu Naxçıvan MR-da və Aran rayonlarında 44 (Culfa-Ordubadda 46), dağətəyi rayonlarda 43, dağlıq rayonlarda 37 dərəcə isti müşahidə olunub.