22 Aprel 2024
“Təbiəti qorumaq mənim əlimdədir” şüarı ilə ağacəkmə aksiyası keçirilibEkologiya və Təbii Sərvətlər Nazirliyi və "Araz" supermarketlər şəbəkəsinin birgə təşkilatçılığı ilə "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib. “Təbiəti qorumaq mənim əlimdədir” şüarı ilə keçirilən tədbirdə Nazirliyin və “Araz” supermarketlər şəbəkəsinin əməkdaşları, həmçinin ekokönüllülər iştirak ediblər.