12 Dekabr 2024
12 Dekabr - Ümummilli Lider Heydər Əliyevin anım günü
11 Dekabr 2024 Bakıda və Abşeron yarımadasında dekabrın 12-si axşamdan 13-ü səhərədək arabir yağış yağacağı, 14-də yağışın bəzi yerlərdə sulu qara keçəcəyi gözlənilir. Yağıntıların yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli intensiv olacağı ehtimalı var. Bu barədə Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova açıqlama verib. 11 Dekabr 2024 9 dekabr 2024-cü il tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyində Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev və Rusiya Federasiyasının təbii sərvətlər və ekologiya naziri Aleksandr Kozlovun rəhbərlik etdiyi nümayəndə heyətləri arasında Xəzər dənizinin səviyyəsinin dayazlaşması ilə bağlı görüş keçirilib. 11 Dekabr 2024 Milli Hidrometeorologiya Xidməti 12-13-dekabr tarixlərində Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib. 11 Dekabr 2024 Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Yevlax Rayon İcra Hakimiyyətinin rəsmilərinin, Azərbaycanda səfərdə olan Rusiya Elmlər Akademiyasının Aqroekologiya Federal Elmi Mərkəzinin nümayəndələrinin və rayon ictimaiyyətinin iştirakı ilə Yevlax rayonu ərazisində bir sıra tədbirlər təşkil olunub.