Xəbərlər

Respublikanın çaylarında mövcud vəziyyət

20 Sentyabr 2019, 16:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsindən axan Vəlvələçay çayında sululuq ongünlük norma daxilində olmaqla normanın 100 faizini, Kiçik Qafqazın ərazisindən axan Kürəkçay və Zəyəmçay çaylarında sululuq ongünlük normadan az və normadan çox olmaqla 50-160 faizini, Lənkəran-Astara bölgəsindən axan Lənkərançay, Vəşərüçay və Viləşçayda isə sululuq ongünlük normadan az və norma daxilində olmaqla  50-100 faizini təşkil edir.
Tranzit çaylarda faktiki vəziyyət
Sentyabrın 20-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 4 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 134 m3/s qeydə alınır ki, bu da ongünlük normaya yaxın olmaqla normanın 96 faizini təşkil edir. Mövcud vəziyyət 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 130 m3/s olmaqla, ongünlük normaya yaxın olub.
Sentyabrın 20-də Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 8 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 69 m3/s qeydə alınır ki, bu da ongünlük normadan az olmaqla normanın 72 faizini təşkil edir. Bu rəqəm 2018-ci ildə 58 m3/s təşkil etməklə ongünlük normadan az olub.
Sentyabrın 20-də Araz çayının Qıvraq məntəqəsində suyun səviyyəsində 2 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 49 m3/s qeydə alınır ki, bu da ongünlük normaya yaxın olmaqla normanın 83 faizini təşkil edir. Bu rəqəm 2018-ci ildə 52 m3/s təşkil etməklə ongünlük normaya yaxın olub.
Kür çayının aşağı axınında hazırki vəziyyət
Sentyabrın 20-də Kür çayının aşağı axınında suyun səviyyəsində azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində suyun səviyyəsi 18 sm azalaraq 380 sm təşkil edib. Bu rəqəm 2018-ci il sentyabrın 20-də isə 336 sm olub. Şirvan məntəqəsində suyun səviyyəsi 18 sm azalaraq 275 sm qeydə alınıb. 2018-ci il sentyabrın 20-də isə bu rəqəm 195 sm təşkil edib. Salyanda suyun səviyyəsi 20 sm azalıb və 201 sm olub. Məntəqədə suyun səviyyəsi 2018-ci ilin müvafiq dövründə 153 sm qeydə alınıb. Araz çayının Novruzlu məntəqəsində suyun səviyyəsi 20 sm azalaraq 90 sm müşahidə olunub. Bu rəqəm 2018-ci il sentyabrın 20-də isə 45 sm təşkil edib. Bankə məntəqəsində isə suyun səviyyəsi 5 sm azalaraq 192 sm təşkil edib, lakin 2018-ci il sentyabrın 20-də 177 sm qeydə alınıb.