Xəbərlər

Respublikanın çaylarında mövcud vəziyyət

16 Sentyabr 2019, 12:50

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsindən axan Vəlvələçay çayında sululuq ongünlük normadan çox olmaqla normanın 160 fazini, Kiçik Qafqazın ərazisindən axan Kürəkçay və Zəyəmçay çaylarında sululuq ongünlük normadan az və normadan çox olmaqla 50-150 faizini, Lənkəran-Astara bölgəsindən axan Lənkərançay, Vəşərüçay və Viləşçayda isə sululuq ongünlük normadan az və norma daxilində olmaqla  50-100 faizini təşkil edir.
Tranzit çaylarda faktiki vəziyyət
Sentyabrın 16-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 6 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 126 m3/s qeydə alınır ki, bu da ongünlük normaya yaxın olmaqla normanın 91 faizini təşkil edir. Mövcud vəziyyət 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 151 m3/s olmaqla, ongünlük normadan çox olub.
Sentyabrın 16-da Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 3 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 80 m3/s qeydə alınır ki, bu da ongünlük normaya yaxın olmaqla normanın 88 faizini təşkil edir. Bu rəqəm 2018-ci ildə 61 m3/s təşkil etməklə ongünlük normadan az olub.
Sentyabrın 16-da Araz çayının Qıvraq məntəqəsində suyun səviyyəsində 5 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 46 m3/s qeydə alınır ki, bu da ongünlük normaya yaxın olmaqla normanın 84 faizini təşkil edir. Bu rəqəm 2018-ci ildə 58 m3/s təşkil etməklə ongünlük normadan çox olub.
Kür çayının aşağı axınında hazırki vəziyyət
Sentyabrın 16-da Kür çayının aşağı axınında suyun səviyyəsində artım müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində suyun səviyyəsi 15 sm artaraq 425 sm təşkil edib. Bu rəqəm 2018-ci il sentyabrın 16-da isə 320 sm olub. Şirvan məntəqəsində suyun səviyyəsi 22 sm artaraq 295 sm qeydə alınıb. 2018-ci il sentyabrın 16-da isə bu rəqəm 189 sm təşkil edib. Salyanda suyun səviyyəsi 3 sm artıb və 244 sm olub. Məntəqədə suyun səviyyəsi 2018-ci ilin müvafiq dövründə 135 sm qeydə alınıb. Araz çayının Novruzlu məntəqəsində suyun səviyyəsi 5 sm artaraq 120 sm müşahidə olunub. Bu rəqəm 2018-ci il sentyabrın 16-də isə 28 sm təşkil edib. Bankə məntəqəsində isə suyun səviyyəsi 4 sm artaraq 207 sm təşkil edib, lakin 2018-ci il sentyabrın 16-da 175 sm qeydə alınıb.