Xəbərlər

Dəyirmi masa keçirilib

17 Aprel 2019, 00:00

 “Ölkə ərazisində su ehtiyatlarının hazırki vəziyyətinin qiymətləndirilməsi və idarə olunması koordinasiyasının daha da təkmilləşdirilməsi” mövzusunda 17 aprel 2019-cu il tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyində dəyirmi masa keçirilib.

Tədbirdə Fövqəladə Hallar, Kənd Təsərrüfatı Nazirliklərinin, Su Təsərrüfatı və Meliorasiya, “Azərsu”, “Azərenerji” ASC-lərin və AMEA-nın nümayəndələri iştirak edib.

Görüşdə hidrometeoroloji şəbəkənin modernləşdirilməsi,  2019-cu ilin mart ayında aparılan qarölçmə işlərinin nəticələri, yaz-yay gursululuq dövrünün proqnozu, gursululuq dövrünə hazırlıq, yarana biləcək  hər hansı risklərə qarşı dayanıqlığın təmin edilməsi və sahələrarası koordinasiyanın gücləndirilməsi  məsələləri müzakirə olunub.