Xəbərlər

Yaşıllıqların mühafizəsi ilə əlaqədar reyd keçirilib

05 Fevral 2014, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bakı şəhər Ekologiya və Təbii Sərvətlər Departamentinin əməkdaşları tərəfindən Bakı şəhərində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədi ilə növbəti reyd keçirilib.
Reyd zamanı Xətai rayonu Məzahir Rüstəmov küçəsində 24 sm diametrində yaş köküstə 3 ədəd şam ağacının fiziki şəxs Yaşar Məmmədov tərəfindən qanunsuz olaraq kəsilməsi faktı aşkar olunub. Faktla bağlı akt və protokol tərtib olunaraq Y.Məmmədov İnzibati Xətalar Məcəlləsinin 92.3.1 maddəsinə müvafiq olaraq fiziki şəxs qismində 3600 manat məbləğində cərimə olunub.
Qalan yaşıllıqların qorunub mühafizə olunması məqsədilə ərazi Nazirliyin Bakı şəhər Ekologiya və Təbii Sərvətlər Departamentinin əməkdaşları tərəfindən nəzarətə götürülüb.