Xəbərlər

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət

03 Fevral 2014, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 150-210, Kiçik Qafqazın çaylarında 120-140, Lənkəran-Astara bölgəsi çaylarında 40-60, Naxçıvan MR çaylarında isə 50 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət
Fevralın 03-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 13 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 125 m3/s olmaqla ongünlük normanın 75 faizini təşkil edir. 2013-cü ildə bu göstərici bir qədər çox olmaqla 151 m3/s və ongünlük normanın 91 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 3 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 69 m3/s olmaqla, ongünlük normanın 100 faizini təşkil edir. 2013-cü ildə də bu göstərici təqribən eyni olmaqla 70 m3/s təşkil edərək ongünlük normanın 103 faizinə bərabər olub.

Kür çayının aşağı axınında hazırki vəziyyət
Fevralın 03-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 24, Şirvanda 21, Araz çayının Novruzlu məntəqəsində 27 sm artım, Salyanda və Bankədə isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda Surra məntəqəsində suyun səviyyəsi 432 sm (2013-cü il fevralın 03-də 388 sm), Şirvanda 292 sm (2013-cü il fevralın 03-də 283 sm), Salyanda 250 sm (2013-cü il fevralın 03-də 310 sm), Bankədə 232 sm (2013-cü il fevralın 03-də 249 sm), Araz çayının Novruzlu məntəqəsində isə 210 sm (2013-cü il fevralın 03-də 170 sm) təşkil edir.