Xəbərlər

Yardımlı rayonunda baş verən yanğın söndürülüb

06 İyul 2018, 00:00

Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin Yardımlı rayonu ərazisində alov hazırda müşahidə olunmur, ayrı-ayrı yerlərdə tüstülənmə qeydə alınır, ərazi nəzarətdədir. Tüstülənmənin qarşısının alınması istiqamətində işlər davam etdirilir.

Qeyd edək ki, 05 iyul 2018-ci il tarixində Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin əhatə etdiyi çətin keçilən dağlıq ərazidə baş verən yanğının söndürülməsinə dərhal Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar Nazirliklərinin əməkdaşları və texnikası cəlb olunub, həmçinin yerli icra hakimiyyəti nümayəndələri və rayon sakinləri yaxından köməklik göstərib.

Havaların isti və quraq keçməsi ilə əlaqədar ETSN bir daha əhalini təbiətdə olarkən odla ehtiyatlı olmağı, yanğın təhlükəsizliyi qaydalarına riayət etməyin vacibliyini vurğulayır.