Xəbərlər

Ekologiya və Təbii Sərvətlər naziri Finlandiyanın Xarici Ticarət və İnkişaf naziri ilə görüşüb

05 İyul 2018, 00:00

05 iyul 2018-ci il tarixində Ekologiya və Təbii Sərvətlər   Nazirliyində nazir Muxtar Babayevlə Finlandiyanın Xarici Ticarət və İnkişaf naziri xanım Anne-Mari Viroleyninin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Görüş zamanı Azərbaycan və Finlandiya arasında ətraf mühit sahəsində fikir mübadiləsi aparılıb, ikitərəfli münasibətlər və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.