Ekologiya və Təbii Sərvətlər naziri Dünya Bankının nümayəndəsi ilə görüşüb
02 İyul 2018, 00:00
2 iyul 2018-ci il tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyində nazir Muxtar Babayevlə Dünya Bankının meşəçilik üzrə baş mütəxəssisi Tuukka Kastren arasında görüş keçirilib.
Görüş zamanı Dünya Bankı və ETSN arasında ətraf mühitin müxtəlif komponentləri, o cümlədən xüsusi olaraq meşələrin inkişafı və iqlim dəyişmələri sahəsində əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb.