Xəbərlər

Son 120 ildə rekord isti qeydə alınıb

01 İyul 2018, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun məlumatına görə 1 iyul 2018-ci il tarixində Bakıda və Abşeron yarmadasında bütün instrumental müşahidə dövrü ərzində  (120 il)  rekord temperatur göstəricisi qeydə alınıb (43-44 dərəcə). Bundan əvvəl rekord göstərici Bakı üçün 2017-ci ilin avqust ayında müşahidə edilib (41, 6 dərəcə). Bu gün qeyd olunan temperatur həm iyul ayı üçün, həm də bütün yay mövsümü üçün rekord temperaturdu.