Xəbərlər

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət

29 İyun 2018, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 50-70, Kiçik Qafqazın çaylarında 40-90, Lənkəran-Astara çaylarında 50-150, Naxçıvan MR çaylarında isə 10  faizini təşkil edir.

Tranzit çaylarda hazırki vəziyyət

İyunun 29-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 26 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 160 m3/s olmaqla ongünlük normanın 40 faizini təşkil edir. 2017-ci ildə isə bu rəqəm 175 m3/s olmaqla ongünlük normanın 43 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 3 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 89 m3/s olmaqla, ongünlük normanın 54 faizini təşkil edir. 2017-ci ildə isə bu göstərici 143 m3/s təşkil edərək ongünlük normanın 86 faizinə bərabər olub.

Kür çayının aşağı axınında hazırki vəziyyət

İyunun 29-da Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra və Salyan məntəqələrində 2,  Şirvanda 6, Araz çayının Novruzlu məntəqəsində 5 sm azalma qeydə alınıb, lakin Bankə məntəqəsində isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 335 sm (2017-ci il iyunun 29-da 382 sm), Şirvanda 189 sm (2017-ci il iyunun 29-da 277 sm), Salyanda 117 sm (2017-ci il iyunun 29-da 207 sm), Bankədə 177 sm (2017-ci il iyunun 29-da 195 sm), Araz çayının Novruzlu məntəqəsində isə 40 sm (2017-ci il iyunun 29-da 95 sm) təşkil edir.