Xəbərlər

Nadir və relikt bitki olan İpək akasiyasının çiçəkləmə dövrü başlayıb

22 İyun 2018, 00:00

Nadir və relikt bitki olan, Azərbaycanın “Qırmızı Kitabı”na, Beynəlxalq Təbiəti Mühafizə Təşkilatının (İUCN) “nəsli kəsilmək təhlükəsi olan növlər” kateqoriyasına daxil edilən İpək akasiyası (lat.Albizia julibrissin) təbii halda Lənkəranın dağlıq hissəsində, Hirkan Milli Parkının ərazisində yayılıb və mühafizə edilir. Bu növə Cənubi Qаfqаz, Krım, Ukrаynа, Оrtа Аsiyа, İtаliyа, İrаn, Türkiyə, Frаnsа, Kоreyа və Şimаli Аmerikаdа təsаdüf olunur.

Hirkan subtropik meşələrində yabanı halda yayılan və hündürlüyü 18 metrə qədər olan dekorativ İpək akasiyası iyun-iyul aylarında çiçəkləyir. Bu günlərdə Hirkan Milli Parkı ərazisində çiçəkləyən İpək akasiyasının şəkillərini təqdim edirik.