Xəbərlər

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət

22 İyun 2018, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz  bölgəsi çaylarında sululuq ongünlük normanın 60-80, Kiçik Qafqazın çaylarında 70-120, Lənkəran-Astara çaylarında 50-150, Naxçıvan MR çaylarında isə 20  faizini təşkil edir.

Tranzit çaylarda hazırki vəziyyət

İyunun 22-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 3 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 345 m3/s olmaqla ongünlük normanın 85 faizini təşkil edir. 2017-ci ildə isə bu rəqəm 268 m3/s olmaqla ongünlük normanın 66 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 11 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 182 m3/s olmaqla, ongünlük normanın 110 faizini təşkil edir. 2017-ci ildə isə bu göstərici 122 m3/s təşkil edərək ongünlük normanın 73 faizinə bərabər olub.

Kür çayının aşağı axınında hazırki vəziyyət

İyunun 22-də Kür çayının aşağı axınında suyun səviyyəsində azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 10,  Şirvanda 14, Salyanda 6, Bankədə 11, Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsində 4 sm azalma qeydə alınıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 396 sm (2017-ci il iyunun 22-də 376 sm), Şirvanda 283 sm (2017-ci il iyunun 22-də 283 sm), Salyanda 207 sm (2017-ci il iyunun 22-də 220 sm), Bankədə 196 sm (2017-ci il iyunun 22-də 199 sm), Araz çayının Novruzlu məntəqəsində isə 101 sm (2017-ci il iyunun 22-də 80 sm) təşkil edir.