Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət
20 İyun 2018, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə ötən günlər ərzində yağan leysan xarakterli intensiv yağış nəticəsində çaylarında sululuq artmış, Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarından isə qısamüddətli daşqın və sel keçib. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 60-90, Kiçik Qafqazın çaylarında 50-150, Lənkəran-Astara çaylarında 40-130, Naxçıvan MR çaylarında isə 10 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət
İyunun 20-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 17 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 315 m3/s olmaqla ongünlük normanın 53 faizini təşkil edir. 2017-ci ildə isə bu rəqəm 259 m3/s olmaqla ongünlük normanın 44 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 13 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 184 m3/s olmaqla, ongünlük normanın 109 faizini təşkil edir. 2017-ci ildə isə bu göstərici 120 m3/s təşkil edərək ongünlük normanın 71 faizinə bərabər olub.
Kür çayının aşağı axınında hazırki vəziyyət
İyunun 20-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə olunub. Belə ki, Kür çayının Şirvan məntəqəsində 12, Salyanda 4, Bankədə 2 sm artım qeydə alınıb, lakin Surrada 21, Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsində 22 sm azalma müşahidə olunub.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 397 sm (2017-ci il iyunun 20-də 400 sm), Şirvanda 295 sm (2017-ci il iyunun 20-də 291 sm), Salyanda 219 sm (2017-ci il iyunun 20-də 220 sm), Bankədə 209 sm (2017-ci il iyunun 20-də 201 sm), Araz çayının Novruzlu məntəqəsində isə 110 sm (2017-ci il iyunun 20-də 100 sm) təşkil edir.