Ekologiya və Təbii Sərvətlər Naziri iyun ayının 29-da Şəki şəhərində vətəndaşları qəbul edəcək
20 İyun 2018, 00:00
Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev 29 iyun 2018-ci il tarixində saat 09:30-da Şəki şəhərində yerləşən Şəki Olimpiya Mərkəzində (ünvan: Salman Mümtaz küçəsi 1) Şəki, Qəbələ, Oğuz və İsmayıllı rayonlarının vətəndaşlarını qəbul edəcək.
Qəbula gəlmək istəyən vətəndaşlardan qeydiyyatdan keçmək üçün info@eco.gov.az elektron poçt ünvanı, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 saylı “Qaynar xətt”i, həmçinin Şəki Meşə Mühafizəsi və Bərpası Müəssisəsi (ünvan: Salman Mümtaz küçəsi 23) ilə əlaqə saxlamaları (əlaqə telefonları: 055-200-22-40, 050-280-48-48, 024-24-4-22-60) xahiş olunur.