Xəbərlər

Ekologiya və Təbii Sərvətlər naziri Hindistanın Azərbaycandakı səfirini qəbul edib

11 İyun 2018, 00:00

11 iyun 2018-ci il tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyində nazir Muxtar Babayevlə Hindistan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Sanjay Rana arasında tanışlıq görüşü keçirilib.
Görüş zamanı Azərbaycan ilə Hindistan arasında ətraf mühit, meşələrin mühafizəsi, su bioresurslarının davamlı idarə edilməsi, ekoloji monitorinq sahəsində və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.