Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət
11 İyun 2018, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 50-80, Kiçik Qafqazın çaylarında 70-140, Lənkəran-Astara çaylarında 40-120, Naxçıvan MR çaylarında isə 20 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət
İyunun 11-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 15 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 373 m3/s olmaqla ongünlük normanın 63 faizini təşkil edir. 2017-ci ildə isə bu rəqəm 241 m3/s olmaqla ongünlük normanın 41 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 2 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 170 m3/s olmaqla, ongünlük normanın 101 faizini təşkil edir. 2017-ci ildə isə bu göstərici 124 m3/s təşkil edərək ongünlük normanın 73 faizinə bərabər olub.
Kür çayının aşağı axınında hazırki vəziyyət
İyunun 11-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə olunub. Belə ki, Kür çayının Şirvan məntəqəsində 10, Salyanda 18, Bankədə 6, Araz çayının Novruzlu məntəqəsində 7 sm artım qeydə alınıb, lakin Surrada isə suyun səviyyəsində 7 sm azalma müşahidə olunub.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 417 sm (2017-ci il iyunun 11-də 343 sm), Şirvanda 299 sm (2017-ci il iyunun 11-də 207 sm), Salyanda 236 sm (2017-ci il iyunun 11-də 130 sm), Bankədə 211 sm (2017-ci il iyunun 11-də 173 sm), Araz çayının Novruzlu məntəqəsində isə 130 sm (2017-ci il iyunun 11-də 50 sm) təşkil edir.