Xəbərlər

05 iyun “Ümumdünya ətraf mühit günü” ilə əlaqədar dəyirmi masa keçirilib

05 İyun 2018, 00:00

05 iyun 2018-ci il tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyində ali məktəb tələbələri ilə “Ətraf mühitin mühafizəsində gənc nəslin rolu” mövzusunda dəyirmi masa keçirilib.

Görüşdə ölkəmizdə ətraf mühitin mühafizəsi, təbii sərvətlərin qorunması, yaşıllıqların artırılması sahəsində Nazirlik tərəfindən görülmüş işlər və tədbirlər barədə məlumat verilib. Eyni zamanda ətraf mühitin mühafizəsi sahəsində gənc nəslin rolunun  zəruriliyi, dövlət orqanları ilə yanaşı ictimaiyyətin bu sahədə aktiv iştirakının əhəmiyyəti də diqqətə çatdırılıb.

Dəyirmi masanın keçirilməsində məqsəd tələbələrin ətraf mühit sahəsində biliklərinin artırılması, gənc nəslin ekoloji maarifləndirilməsi və ətraf mühitin birgə mühafizəsinə cəlb edilməsidir.